AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Monqolustan xalqı adından və şəxsən öz adımdan təbrik edim.
Əminəm ki, iki ölkə arasında dostluq münasibətləri və əməkdaşlıq monqol və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm.
Dərin hörmətlə,
Nambarın Enxbayar
Monqolustanın Prezidenti