AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə Sizə ən hərarətli təbriklərimizi yetirir, Sizə cansağlığı və Azərbaycan Respublikasının dost xalqına rifah, tərəqqi və xoş güzəran arzulayırıq.
Zati-aliləri, dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Roza Zafferani və Federiko Pedini
San Marino Respublikasının regent-kapitanları