RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu seçkilərin nəticələri əyani şəkildə göstərdi ki, bütün Azərbaycan xalqı Sizi və Sizin həyata keçirdiyiniz, sabitliyin, sülhün və firavanlığın təmin edilməsinə yönəlmiş siyasəti dəstəkləyir, Sizə və bu siyasətə çox böyük etimad bəsləyir.
Əminəm ki, ölkələrimiz arasında olan dostluq münasibətləri bundan sonra da intensiv və davamlı siyasi dialoqa, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığa kömək edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti və yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti