AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz Prezidentliyinizin birinci müddətində beynəlxalq aləmdə Azərbaycanın mənafelərini ardıcıl və səmərəli şəkildə müdafiə etməklə, ölkədə sabitliyi və dinamik sosial-iqtisadi inkişafı təmin etməklə özünüzü qeyri-adi, uzaqgörən siyasətçi, millətin həqiqi lideri kimi göstərmisiniz. Ötən seçkilərin nəticələri Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz dövlət siyasətini tamamilə dəstəklədiyini, ölkə əhalisi arasında yüksək nüfuzunuzun olduğunu sübut edir. Tatarıstanlılar adından və şəxsən öz adımdan Sizə gələcəkdə doğma xalqınız naminə səmərəli dövləti fəaliyyət arzulayıram. Qoy əldə etdiyiniz nailiyyətlər Sizi yeni uğurlara ruhlandırsın və nəzərdə tutduğunuz bütün planlar həyata keçsin. İcazə verin, Tatarıstan Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə Azərbaycanın bütün vətəndaşlarını dövlət müstəqilliyi günü münasibətilə də təbrik edim. Biz Azərbaycan Respublikası ilə qarşılıqlı anlaşmanın və əməkdaşlığın yüksək səviyyəsini qiymətləndiririk və ümid edirik ki, bu nəcib ənənələr gələcəkdə də möhkəmlənəcəkdir.
Sizə və çoxmillətli Azərbaycanın bütün sakinlərinə səmimi qəlbdən cansağlığı və odlar yurdunun firavanlığına və çiçəklənməsinə yönəlmiş bütün cəsarətli təşəbbüslərinizdə uğurlar diləyirik.
Dərin hörmətlə,
Mintimer Şaymiyev
Tatarıstan Respublikasının Prezidenti