AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan quruculuq və inkişaf yollarında böyük uğurlar qazanacaqdır.
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu gündən keçən 16 il ərzində ikitərəfli münasibətlərin inkişafında müsbət meyillər müşahidə olunur, müxtəlif sahələrdə mübadilə və əməkdaşlıq daim genişlənir. Biz beynəlxalq məsələlərdə sıx əlaqə saxlayır və qarşılıqlı fəaliyyət göstəririk. Bütün bunlar ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə uyğundur, regionlarda və bütün dünyada sülhün və sabitliyin qorunub saxlanmasına kömək edir.
Çin tərəfi Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük diqqət yetirir. Mən bundan sonra da Sizinlə birlikdə qarşılıqlı siyasi etimadı möhkəmlətmək, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün səy göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və firavanlıq, ölkənizə tərəqqi, Azərbaycan xalqına xoşbəxtlik diləyirəm.
Hörmətlə,
Hu Szintao
Çin Xalq Respublikasının sədri