RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Prezident vəzifəsinə yenidən seçilməyiniz Sizə ölkənizin rifahı və Azərbaycan xalqının daha da böyük tərəqqisi naminə nəcib fəaliyyətinizi davam etdirmək imkanı verir.
Azərbaycan iqtisadi, mədəni və siyasi sahələrdə Qafqazda bizim mühüm tərəfdaşımızdır. Mən məmnunam ki, bu il ölkələrimizin rəsmiləri arasında yüksək səviyyəli görüşlər keçirilmişdir və qarşılıqlı əlaqələr çox böyük sürətlə inkişaf etməyə başlamışdır. Zati-alilərinizin fevral ayında Budapeştə etdiyi səfəri böyük məmnuniyyət hissi ilə xatırlayıram və ümid edirəm ki, Siz yanvar ayında keçirilməsi nəzərdə tutulan Nabukko Sammitində iştirak etmək üçün dəvəti qəbul edəcəksiniz. Bu, mənə Sizinlə Budapeştdə yenidən görüşmək imkanı verəcəkdir.
Cənab Prezident, əminəm ki, Sizin fəaliyyətiniz Macarıstan ilə Azərbaycan arasında mövcud olan əlaqələri inkişaf etdirməyə kömək etməklə yanaşı, Avropa İttifaqı ilə də tərəfdaşlığı gücləndirməyə təkan verəcəkdir.
Sizə növbəti prezidentlik dövründə müvəffəqiyyət və möhkəm cansağlığı diləyirəm.
Laslo Şoyom
Macarıstan Respublikasının Prezidenti
22 oktyabr 2008-ci il.