RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ
ALLAH ONU HİFZ ETSİN!
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbrikləri və ən xoş qardaşlıq arzularımı yetirir, Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha böyük tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri! Səmimi salamlarımı və ehtiramımı qəbul edin!
Qardaşınız,
Abdullah bin Əbdüləziz Al Səud,
İki Müqəddəs Məscidin Xadimi,
Səudiyyə Ərəbistanının Kralı