AZƏRBAYCAN RESPUBLİKASININ SƏFİRİ ETİMADNAMƏSİNİ POLŞA RESPUBLİKASININ PREZİDENTİNƏ TƏQDİM ETMİŞDİR
Prezident Aleksandr Kvasnevski Bakıya 1999-cu ildəki rəsmi səfərini və Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 27-28-də Varşavaya işgüzar səfərini xatırladaraq, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından məmnun qaldığını bildirmişdir. Prezident Aleksandr Kvasnevski Azərbaycanın Polşada səfirliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirmiş, bunun ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin inkişafına ciddi töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırmışdır.
Polşa dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasında və Azərbaycanın Avropa strukturlarına inteqrasiya prosesinə ciddi dəstək verməyə hazır olduqlarını vurğulamışdır.
Səfir Vilayət Quliyev Polşa ilə Azərbaycan arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirərək, yeni mərhələdə bu münasibətlərin inkişafı üçün geniş imkanlar açıldığını qeyd etmiş və ölkəmizin Polşada səlahiyyətli təmsilçisi kimi, bu imkanlardan maksimum istifadə üçün bütün səylərini sərf edəcəyini demişdir.
Həmin gün Vilayət Quliyev Azərbaycan səfirliyi adından Varşavanın mərkəzindəki Naməlum əsgərin məzarı üzərinə əklil qoymuşdur.
Azərbaycan Respublikasının səfiri, eyni zamanda, Polşa Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]