Azərbaycan şahmatçısı Gideon Yafet Memorialında liderlik edir
Bakı, 15 iyul, AZƏRTAC
Qüdsdə şahmat üzrə Gideon Yafet Memorialı başa çatmaq üzrədir. Yarışın mükafat fondu 55 min şekeldir.
AZƏRTAC xəbər verir ki, “A” turnirində son turdan əvvəl Azərbaycan qrossmeysteri Arkadi Naydiç liderlik edir. O, mümkün 6 xaldan 5,5 xal toplayıb. Rusiyalı Mixail Antipov, Daniil Yuffa, israilli Tal Baron, Tamir Nabati və Aleksandr Xuzman ondan bir xal geri qalır.
Sonuncu turun püşkatmasına əsasən qara fiqurlarla oynayacaq Arkadi Naydiç Mixail Antipovla qarşılaşacaq.
Xatırladaq ki, open “A” turnirində 6 ölkədən 50 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir.
Gideon Yafet Memorialı İsveçrə sistemi üzrə 7 turda keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]