Azərbaycan şahmatçısı “Kapablanka memorialı”nda mübarizə aparır
Bakı, 22 aprel, AZƏRTAC
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli ilk üç turda kubalı şahmatçılarla mübarizə aparıb. Belə ki, şahmatçımız birinci turda Yasser Perez Quesada ilə xalları yarı bölüb. O, növbəti görüşdə Daniel Karlos Kabreranı məğlub edib. Üçüncü turda Omar Quintana ilə heç-heçə edən V.Durarbəyli xalların sayını 2-yə çatdırıb. Bu nəticə ilə turnir cədvəlinin liderindən yarım xal geri qalan təmsilçimiz 3-4-cü yerləri bölüşür.
Qeyd edək ki, turnirdə Kuba və Azərbaycan ilə yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]