Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Airthing Masters” turnirində mübarizə aparacaq
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 26-da “Champion Chess Tour” çərçivəsində “Airthing Masters” turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun da iştirak edəcəyi turnirə klassik reytinq üzrə dünyanın ən güclü 11 şahmatçısından 8-i qatılacaq. Yarışda ümumilikdə T.Rəcəbov da daxil olmaqla 12 şahmatçı - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Hollandiya), Hikaru Nakamura, Uesli So (ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Levon Aronyan (Ermənistan), David Guijarro (İspaniya) və Pentala Harikrişna (Hindistan) mübarizə aparacaqlar.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]