AZƏRBAYCAN SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ MAUTHAUZENDƏ KEÇİRİLMİŞ TƏDBİRLƏRDƏ İŞTİRAK ETMİŞLƏR
Diplomatlarımız burada həlak olmuş Azərbaycan vətəndaşlarının xatirəsini yad edərək, səfirlik tərəfindən 2001-ci ildə açılmış xatirə lövhəsinin qarşısına əklil və gül dəstələri qoymuşlar. Rusiya Federasiyasının Avstriyadakı səfiri də buraya əklil qoymuşdur.
Sonra səfirliyimizin əməkdaşları sovet döyüşçülərinin xatirəsini əbədiləşdirən kompleksin və Mauthauzen əsir düşərgəsində həlak olanların xatirəsinə qoyulmuş abidənin önünə əklillər, gül dəstələri qoymuş və Avstriya tərəfinin keçirdiyi mərasimdə iştirak etmişlər.
Mərasimdə Avstriyanın Federal Prezidenti Haynts Fişer, parlamentin ikinci sədri xanım Barbara Prammer və digər rəsmi şəxslər, Avstriyada akkreditə olunan 51 ölkənin səfirliklərinin nümayəndələri iştirak etmişlər.
Mayın 9-da şəhərin mərkəzi qəbiristanlığında dəfn olunmuş sovet əsgərlərinin xatirəsi (qeyri-rəsmi məlumata görə, onların arasında 7 nəfər Azərbaycan vətəndaşı da var) yad edilərək, buradakı abidənin, daha sonra isə Vyananın mərkəzində sovet əsgərlərinin xatirəsinə ucaldılmış heykəlin önünə əklil qoyulmuşdur.