AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİ RUSİYA VƏTƏNDAŞINA KÖMƏK ETMİŞLƏR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Həştərxan limanına məxsus olan və yanvarın 5-də saat 00.40 radələrində “Həştərxan-ov rayonu” marşrutu ilə üzən “Aksioma” balıqçı gəmisi “SOS” siqnalı verərək, gəmi heyətinin üzvü Valulin Renat Maratoviçin sağ ayağının sındığını bildirmiş və ona təcili tibbi yardım göstərilməsini xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi Rusiya Federasiyasına məxsus gəminin həyəcan siqnalını alan kimi dərhal dənizə gözətçi kater çıxarmışdır. Xəsarət almış Rusiya vətəndaşı saat 02.50 radələrində bazaya gətirilmiş və Bakıdakı 3 nömrəli travmatologiya xəstəxanasına yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]