Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Bakı, 8 mart, AZƏRTAC
Martın 9-dan 13-dək Almaniyanın Hohenfels şəhərində Kombayn Rezolv-4 təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək Türkiyənin İzmir şəhərində hava sahəsinə nəzarət və idarəetmə kursu keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bundan başqa martın 10-dan 11-dək İstanbulda hərbi və təhlükəsizlik tədqiqatları üzrə beynəlxalq simpozium, martın 10-dan 19-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində ingilis dili fakültəsinin inkişafı mövzusunda işçi görüşü, martın 11-dən 13-dək Belqradda əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və analiz proqramının məlumat bazası üzrə təlim kursu təşkil olunacaq.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]