Azərbaycan sumoçuları Avropa çempionatının ilk günündə 5 medal qazanmışlar
Bakı, 7 may (AZƏRTAC). Bolqarıstanın Varna kurort şəhərində yeniyetmələr, gənclər və yaşlı idmançılar arasında sumo üzrə Avropa çempionatı keçirilir. Yarışlara ilk olaraq yeniyetmələr başlamışlar.
AZƏRTAC xəbər verir ki, yarışların ilk günü Azərbaycan sumoçuları Sərdar Səfixanov (60 kq) və Zaur Kərimov (55 kq) qızıl medallar qazanmışlar. Kamran Rzayev (70 kq), Rəsul Eldarzadə (90 kq) və Əmiraslan Əhmədov (100 kq) bürünc medallara layiq görülmüşlər.
Qeyd edək ki, Azərbaycan yığması yarışlarda Bakı şəhər Baş Gənclər və İdman İdarəsinin dəstəyi ilə iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]