Azərbaycan Texniki Universiteti Abşeron Logistika Mərkəzi ilə elmi tədqiqatlar aparacaq
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Abşeron Logistika Mərkəzində olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Vilayət Vəliyev və Mərkəzin direktoru Ziya Ağayev əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Abşeron Logistika Mərkəzində birgə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması təklifi bəyənilib. Bu əsasda Nəqliyyat və logistika və Beynəlxalq ticarət və logistika ixtisasları üzrə təhsil alan bakalavr, magistr və doktorant tələbələr üçün tədrisin yenidən qurulması, birgə elmi tədqiqatlar aparılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:28]
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası
- 08.10.2026 [14:35]
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub
- 08.10.2026 [13:07]