Azərbaycan Ukraynanın paytaxtında keçiriləcək “Uşaq Eurovision-2013” müsabiqəsində iştirak edəcəkdir
Kiyev, 4 noyabr (AZƏRTAC). Ukraynanın Milli Teleradio Şirkəti (UMTŞ) noyabrın 30-da Kiyevdə keçiriləcək “Uşaq Eurovision-2013” müsabiqəsinin iştirakçısı olan ölkələrin siyahısını bəyan etmişdir. Bu barədə AZƏRTAC UMTŞ-nin saytına istinadən xəbər verir.
Bu ilki müsabiqədə San-Marino ilk dəfə çıxış edəcəkdir, Malta və Makedoniya isə müsabiqəyə qayıdırlar.
Müsabiqədə 12 ölkə iştirak edəcəkdir: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan.
Ukrayna artıq ikinci dəfə bu müsabiqəyə ev sahibliyi edəcəkdir. Müsabiqə “Ukrayna” Milli İncəsənət Sarayında təşkil olunacaqdır.
“Uşaq Eurovision-2013” müsabiqəsi özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran “Be Creative” (“Yaradıcı ol”) devizi altında keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]