Azərbaycan və Belarus ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək
Minsk, 30 may, AZƏRTAC
İyunun 1-də Azərbaycan-Belarus hökumətlərarası iqtisadi-ticarət komissiyasının 12-ci iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçiriləcək iclasda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, nəqliyyat və logistika, neft-kimya, farmaseptika sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. İclasda, həmçinin qarşılıqlı ərzaq tədarükünün dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması işlərinə Belarus şirkətlərinin cəlb edilməsi məsələləri də müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Azərbaycan-Belarus hökumətlərarası iqtisadi-ticarət komissiyasının 11-ci iclası 2018-ci ildə Minsk şəhərində keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk