Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətləri arasında görüş olub
Bakı, 23 iyun, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri Federal Gömrük İdarəsinin Baş direktoru Ahmed Abdullah Bin Lahej Al Falasi, eləcə də Dubay və Şarjah gömrük administrasiyalarının rəhbərlərinin iştirak etdiyi görüşdə hər iki ölkənin gömrük orqanları arasındakı işgüzar münasibətlərin daha da gücləndirilməsi, əlaqələrin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin məlumat mübadiləsi, gömrük hüquqpozmaları, informasiya texnologiyaları, risklərin idarəolunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]