AZƏRBAYCAN VƏ RUSİYA DAXİLİ QOŞUNLARI ARASINDA PROTOKOL İMZALANACAQDIR
Bu barədə Rusiya DİN Daxili Qoşunları komandanının müavini, general-leytenant Sergey Topçi iyunun 20-də Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində keçirilən brifinqdə məlumat vermişdir. Qonaq demişdir ki, ötən il Azərbaycanın Daxili Qoşunlarının komandanı, general-leytenant Zakir Həsənovun Rusiyaya səfəri zamanı ikitərəfli əməkdaşlıq haqqında sənədin imzalanması ilə bağlı məsələ müzakirə olunmuşdur. Hazırda sənədin layihəsi hazırlanmışdır və tanışlıq üçün Zakir Həsənova təqdim ediləcəkdir.
S.Topçinin sözlərinə görə, Zakir Həsənov Novosibirskdə keçiriləcək daxili qoşunların yüksək vəzifəli şəxslərinin təlimlərinə müşahidəçi kimi dəvət olunmuşdur. Adıçəkilən sənəd həmin səfər çərçivəsində imzalana bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]