Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.