Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində rolu

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində rolu

Bakı, 26 may, AZƏRTAC

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış 1918-ci il mayın 28-i hər bir azərbaycanlının qürur hissi duyduğu əlamətdar bir gündür. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqillik arzusuna qovuşdu. Şərqdə ilk demokratik respublikanın yarandığı dünyaya bəyan edildi. 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olan xalqımız, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Bu, XX əsrdə xalqımızın həyatında yeni bir tarixi hadisə oldu.

AZƏRTAC bununla bağlı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Şahlar Şərifovun “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində rolu” məqaləsini təqdim edir.

Ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edən AXC-nin yaranması ilə milli dövlət quruculuğumuz bərqərar edildi. AXC-nin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Məmmədhəsən Hacınski, Səməd bəy Mehmandarov və başqalarının böyük rolu olub.

XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün milli oyanış tarixini canı və qanı bahasına yazan və yaradan şəxsiyyətlərin səyi nəticəsində 1918-ci il mayın 28-də istiqlalımızın təməli qoyuldu. Bu elə bir özül oldu ki, bundan sonra da illər boyunca dövlətçilik ənənələrimiz, siyasi millətçilik prinsiplərimiz ona borclu qalacaq.

1828-ci il çarizmin işğalından sonra itirilən milli dövlətçilik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yenidən bərpa edildi. Cümhuriyyət ilk növbədə dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığını bəyan etdi. Bu yolla Azərbaycan xalqının öz müqəddəratını özünün təyin etməyə qadir olduğunu nümayiş etdirdi. İosif Stalinin “Bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” sualına cavab olaraq M.Ə.Rəsulzadə belə demişdi: “Çox şey verə bilmədik. Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq!”

Məhz o daddığımız milli istiqlal bu gün yaşadığımız müstəqil dövlətin mənəvi varisidir. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq AXC bir çox sahələrdə mühüm işlər gördü. Onlardan ən önəmlisi 1918-ci mayın 28-də Tiflisdə qəbul edilən İstiqlal bəyannaməsi idi; bu Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı idi. Bununla çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, parlamentli respublika formasında dirçəldi. Britaniyanın ali komissarı Bakıya gəlib Azərbaycanda dövlət quruluşu və idarəçiliyi ilə tanış olandan sonra Londona göndərdiyi teleqramında yazırdı ki, burada qurulan cümhuriyyət bir çox məsələlərə görə Avropa dövlətlərinə nümunə ola bilər.

Təkcə dövlət quruluşu və idarəçiliyi ilə deyil, hərb tariximizdə önəmli yer tutan qərarların qəbulu da məhz AXC dövrünə aiddir. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan hökumət 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda Milli Ordunun təməli qoyuldu.

1918-1920-ci illərdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. AXC-nin Hərbi Nazirliyi təsis edildi. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətrafını erməni-bolşevik işğalından azad etdi.

Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin iyununda Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə göndərdiyi təbrikində Cümhuriyyət dövründə aparılan ordu quruculuğuna və bu prosesdə Səməd bəy Mehmandarovla Əliağa Şıxlinskinin xidmətlərinə belə qiymət verirdi: “Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli Milli Ordu hissələri formalaşdırılmışdı. Azərbaycanın yeni yaradılmış ordusu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynayıb, öz hərbi qabiliyyətini nümayiş etdirə bilmişdi”.

AXC Azərbaycan türklərinin keçmişini və gələcək hədəflərini özündə əks etdirən üç rəngli bir bayraq ucaltdı ki, o bayraq bu gün də bizim başımızın üzərində dalğalanır. Himnimizin və gerbimizin təyin olunması üçün müsabiqələr elan edilməsinə baxmayaraq rus işğalı onların nəticələrinin həyata keçirilməsinə mane oldu. Müstəqillik qazandıqdan sonra hər iki dövlət atributumuz yenidən həyat qazandı.

Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanunun qəbulu, Bakı Dövlət Universitetinin əsasının qoyulması və fəaliyyəti, Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması, məktəblərin milliləşdirilməsi, dövlət möhür və ordenlərinin hazırlanması və s. qərarlar AXC dövrünün önəmini bir daha ortaya qoyan faktlardan sadəcə bəziləridir. Dövlət idarəçiliyi sahəsində də mühüm addımlar atan AXC 20-yə qədər dövlətin səfirlik və konsulluqlarının açılmasını təmin etmiş və ölkənin Avropa dövlətləri tərəfindən de-fakto tanınmasına nail olmuşdu. 23 ay ömür sürməsinə baxmayaraq AXC-nin fəaliyyət dövrü milli özünüdərk, müstəqillik amalı üzərində köklənən tariximizin şanlı səhifəsidir. Artıq Azərbaycan türkləri ümmətçilikdən türk millətçiliyinə keçid dövrünə qədəm qoydu.

Cümhuriyyətin 80 illik yubileyində Heydər Əliyev 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini və milli hökumətin fəaliyyətini yüksək qiymətləndirərək demişdi: “Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilib. Tarixçilər, ədəbiyyatçılar, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı geniş tədqiqat işləri aparıb, çox maraqlı faktlar meydana çıxıb. Bir çox tədqiqat əsərləri nəşr olunub”. Ulu Öndər Heydər Əliyev Cümhuriyyət dövrünün təhlilini verməklə yanaşı, çağdaş Azərbaycan tarixçiləri qarşısında bir çox məsul vəzifələr qoyaraq demişdir: “Ümidvaram ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bu işlər uğurla davam etdiriləcək. Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasına qədərki dövr və 2 illik fəaliyyəti tarixi əsərlərdə öz əksini olduğu kimi tapacaq”.

Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən, 70 il ərzində hökmranlıq etmiş sovet rejiminin amansız repressiya maşını da bu məşəli söndürə bilmədi. XX əsrin 80-ci illərinin ortalarından etibarən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən AXC-nin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Ulu Öndər Heydər Əliyev siyasətinin davamı olaraq ölkə daxilində və xaricində kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı əsası 1918-ci il may ayının 28-də qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətini və onun qurucularını hörmət və ehtiramla yad edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?