Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN XALQI, TÜRK DÜNYASI ÖZ BÖYÜK OĞLUNUN VƏFATININ 40-CI GÜNÜNÜ QEYD EDİR

Dünya şöhrətli siyasətçi və dövlət xadimi, xalqımızın ümummilli lideri Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatından 40 gün keçir. Qırx gündür ki, xalqımız 1993-cü ilin yayında - ölkənin parçalanması və müstəqilliyinin itirilməsi təhlükəsi yarananda təkidlə tələb edib hakimiyyətə gətirdiyi, sonrakı on ildə Azərbaycanı inkişaf yoluna, dünya dövlətləri sırasına çıxarmış oğlunu itirmişdir. Qırx gündür ki, Allahın xalqımıza bəxş elədiyi xilaskarımız cismən aramızda yoxdur.

Heydər Əlirza oğlu adi bir ailədə dünyaya gəlib milyonların, elin övladına çevrilmişdi. Dünyadan köçəndə isə təkcə evdən və eldən yox, millətdən getdi.

Azərbaycanımızın son otuz ildən artıq bir dövrü ümummilli liderimizin adı ilə bağlıdır. Bu illər ərzində ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində nə qazanmışıqsa, nəyə nail olmuşuqsa, hamısı bu dahi şəxsiyyətin xidmətidir. Bunu təkcə biz demirik. Qardaş Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl kimi görkəmli siyasətçilərin dilindən də səslənir: “Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidmət göstərdiyi vaxt yaradılmışdır”. O, daim canından artıq sevdiyi Azərbaycanın tərəqqisi üçün çalışmış, xalqının zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə fəxr etmişdir. Ölkəmiz məhz bu Böyük Azərbaycanlının rəhbərliyi altında bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxmışdır.

Bu siyasət nəhəngi və dövlət xadimi, dünya azərbaycanlılarının şəksiz lideri hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən görən, taleyüklü qərarlar qəbul edilərkən əsl vətənpərvər mövqeyi nümayiş etdirən, xalqın, Azərbaycan dövlətinin mənafeyini hər şeydən uca tutan Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, onun heyranlıq doğuran siyasi fəaliyyəti dünya miqyasında yüksək qiymətləndirilmişdir.

Onun 1993-cü ilin yayında hakimiyyətə qayıdışını ümid və sevinclə qarşılamışdıq. Millətinin şöhrətli oğlu bu ümidləri doğrultdu. Qədirbilən xalqımız həmin günü Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır. Ötən on il müddətində müdrik dövlət başçısının rəhbərliyi altında on əsrə bərabər yol keçmişik, ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində yüksəlişə nail olmuşuq. Ümummilli liderin irəli sürdüyü “Azərbaycançılıq” ideyası artıq 50 milyonluq bir xalqın məfkurəsinə çevrilmişdir. Dünya azərbaycanlılarının lideri Azərbaycanı onların hamısının vətəninə çevirə bilmişdir, güclü diaspor formalaşmaqdadır. Bu gün Heydər Əliyevin məharəti sayəsində Azərbaycan həm bölgədə, həm də dünyada nüfuz qazanmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından öz sözü, öz sanbalı ilə seçilən Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır...

Qırx gündür ki, millət ovunmur, için-için göynəyir. Heydərsevərlər bu böyük şəxsiyyətin yarımçıq qalmış işləri üçün təəssüf hissi keçirir. Deyirlər ki, həyatda əvəzolunmaz heç nə, heç kəs yoxdur, bütün yaralar əvvəl-axır sağalır. Lakin müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə son yüzilliyin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuş, xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev itkisi əvəzsizdir, bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş Heydər Əliyev itkisi qaysaqlanmayan yaradır.

...18 yanvar 2004-cü il. Xəzrinin bir az da artırdığı soyuğa baxmayaraq, sübh tezdən Fəxri xiyabana insan axını başlayır.

Fəxri xiyabanın girişində sıxlıqdır. Paytaxt sakinləri, respublikanın müxtəlif bölgələrindən gəlmiş Heydərsevərlər Böyük Azərbaycanlının müqəddəs ruhu qarşısında baş əyib məzarı üstünə gül qoymaq üçün səbirlə növbə gözləyirlər.

AZƏRTAC-ın müxbiri Beyləqan rayonunun İmamverdilər kəndindən gəlmiş 82 yaşlı QULAM ABBASOVUN ürək sözlərini dinləyir: “Gecə qatarla gəlmişəm. Yol boyu ancaq böyük şəxsiyyət barədə düşünmüşəm. Ürəyim köksümə sığmırdı. Belə nəhəng Kişini itirdiyimizə heç inana bilmirəm. İndicə gülümsər simasını görəndə sanki bir az ovundum. Məzarı önündə ruhuna həmyerlilərim adından dua oxuyub təsəlli tapdım. Rəhmətlik rayonumuzda dəfələrlə olub. Qabaqcıl əmək adamlarını - pambıqçıları, mexanizatorları adbaad tanıyırdı. Söhbət zamanı elə şərait yaradırdı ki, respublikanın rəhbəri olduğunu unudub yaxın yoldaş kimi qəlbindəkiləri açıb tökürdün. Çox humanist adam idi. Prezident olduğu müddətdə dəfələrlə amnistiya haqqında fərman imzalayıb, minlərlə ailəni sevindirib. Hələ mən ona ünvanlanmış ərizələrə əsasən, işlərinə yenidən baxılıb azadlığa buraxılanları, birdəfəlik bəraət alanları demirəm. İki dəfə qəbulunda olmuşam. Hər ikisində məsələm müsbət həll olunub. Millətin atası, güvənc yeri idi. Yaxşı ki, ocağında layiqli övladı qalıb. İnanırıq ki, cavan Prezidentimiz İlham Əliyev atasının - türk dünyasının fəxri Heydər Əliyevin yolunu davam etdirəcək, onun yarımçıq işlərini başa çatdıracaqdır. Allah rəhmət eləsin”.

Ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi 70-ci illərdə müxtəlif məsul vəzifələrdə çalışmış KAMAL ƏZİZOV İsmayıllı rayonundan gəlib: “Məni sübh tezdən buraya əbədi Prezidentimizə məhəbbətim gətirib. Daşı daş üstə qoyana, tikib-yaradana böyük hörmətim var. Belə adamları görəndə rəğbətimi gizlədə bilmirəm. Rəhmətlik qurucu idi. Həm özündən əvvəl tikilənlərin qayğısına qalır, həm də özü tikib ucaldırdı. Respublikamızın şəhərlərinin, demək olar, hamısını gəzmişəm. Onların hər birində neçə-neçə tarixi-memarlıq abidələri vardır. XX əsrin 70–ci illərinə qədər bu abidələr bərbad vəziyyətdə idi. Heydər Əliyev respublikanın rəhbəri olandan sonra həmin yadigarlara yeni həyat verildi. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətləri də əbədiləşdirmək qayğısına qalırdı. Heydər Əliyevin bu təəssübkeşliyi sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, ev-muzeyləri yaradılmışdır. İsmayıllı rayonu vaxtilə zəlzələdən xeyli ziyan çəkmişdi. Heydər Əliyevin qayğısı sayəsində rayon mərkəzi yenidən tikildi. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.

...İzdiham getdikcə artır. Lakin ətrafda lal sükutdur. İnsanlar ulu öndərin ruhuna dua oxumaq, eyni zamanda, özləri təskinlik tapmaq üçün hüznlə güllərə qərq olmuş məzarın önündən keçirlər. Mənəvi borclarını yerinə yetirib Fəxri xiyabandan çıxanlara yaxınlaşırıq.

SAMİRƏ İSMAYILOVA ələbə: “Qırx gündür xalqımız üzüntü, kədər içindədir. Çünki öz müdrik və dünya şöhrətli bir oğlunu – Heydər Əliyev kimi dahi şəxsiyyətini itirmişdir. Prezident Heydər Əliyevin elmə, təhsilə diqqətini, gənclərə sonsuz məhəbbətini, atalıq qayğısını, gələcək nəslin sağlam böyüməsi və inkişafı üçün göstərdiyi xidmətləri heç vaxt unutmaq mümkün deyil. Onun əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır. Allah rəhmət eləsin, qəbri nurla dolsun!”

FAMİL MEHDİYEV paytaxt sakini: “Bilirsiniz, dünyada Heydər Əliyev kimi çox nadir şəxsiyyətlər olub ki, ölkəni məhv olmaq təhlükəsindən, xalqın birliyinə nail olsun, hərc-mərclikdən, anarxiyadan qurtarsın, əmin-amanlıq yaratsın və yeni dövlət qursun. Hamımız 1990-cı illərin əvvəllərini, ondan sonrakı dövrlərdə baş vermiş təxribatları, dövlət çevrilişlərinə cəhdləri yaxşı xatırlayırıq. Bütün bunlara sinə gərmək hər oğulun işi deyildi. Ancaq ümummilli liderimiz, sözün əsl mənasında, xalqının çox sevimli oğlu Heydər Əliyev kimi müdrik insan öz qətiyyəti, düşünülmüş siyasəti ilə bunu etdi, xarici və daxili düşmənlərin arzularını gözündə qoydu, ölkəmizi ağ günə çıxardı. Respublikamızın iqtisadi tərəqqisinə nail olan və digər mühüm işlər görən, son dərəcə müsbət keyfiyyətlərə sahib olan belə bir dahi şəxsiyyətin dünyadan getməsi, təbii ki, nəinki Azərbaycan xalqını, həm də bütün türk dünyasını sarsıtdı.

Millətimizin başı sağ olsun. Qoy Allah-Təala ona rəhmət eləsin, yerinə yetirə bilmədiyi arzuları özünün layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyev həyata keçirsin”.

...Ulu öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələnlərin sayı getdikcə artır. Nazirlik, komitə və təşkilatların nümayəndələri ilə yanaşı, ucqar rayonlardan gəlmiş insanlar ümummilli liderimizə olan sonsuz məhəbbətini bir daha nümayiş etdirirlər. Məzarın üstü və ətrafı tər çiçəklər, qərənfillərlə dolur.

AZƏRTAC-ın müxbirinin diqqətini pirani bir qoca cəlb edir. Bu Ağcabədi rayonu Kəbirli kəndinin sakini, iki şəhid atası ƏLİ ÇOBANOVDUR: “Mən bu dünyanın ağrı-acısını çox görmüşəm. İki övladım şəhid olub. Amma tək mənim deyil, minlərlə ata-ananın övladı şəhid olub. Əgər elimizin ağsaqqal, müdrik oğlu, möhtərəm Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtmasaydı, şəhidlərimizin sayı yüz minlərlə olardı. Azərbaycana qayıdan kimi hər şeyi öz nəzarətinə götürdü, müharibəni dayandırdı. Bununla da biz çox şey qazandıq. Heydər Əliyev gəlməsəydi, bəlkə də Ağcabədi, Beyləqan və Bərdəni, digər rayonlarımızı da itirə bilərdik. Varından-yoxundan asılı olmayaraq, kişinin sərvəti onun yaxşı övladının olmasındadır. Heydər Əliyev bizim üçün müstəqil Azərbaycan dövləti yaradıb və məmləkəti ləyaqətlə idarə edə biləcək yaxşı övlad - İlham kimi oğul böyüdüb. Biz indən belə İlham Əliyevin ətrafında birləşməliyik. Ona görə ki, məhz o, bizi xoşbəxt gələcəyə aparacaq”.

HƏSƏN BAĞIROV: “Mən Cəbrayıl rayonunun Soltanlı kəndindən məcburi köçkünəm. Heydər Əliyevin məzarını ziyarət etmək, heç olmazsa, bununla dahi insanın qarşısında borcumuzu ödəmək istəyirik. O, biz qaçqın və məcburi köçkünlərin ümid yeri idi. Onun yoxluğu birinci bizə, doğma yurd-yuvalarından didərgin düşmüşlərə dərddir. Düzdür, dünyada heç kim və heç nə əbədi deyil. Amma Heydər Əliyev tarix boyu bizim qəlbimizdə əbədi yaşayacaq. Allah ona rəhmət eləsin, məzarı nurla dolsun, ruhu şad olsun!”

... Qəmli musiqi sədaları altında tutduğu vəzifəsindən, kimliyindən asılı olmayaraq, insanlar məzara doğru axışır. Polis, hərbçi, dənizçi və daha kimlər, kimlər... Ziyarətə gələnlər arasında Qarabağ müharibəsi əlilləri də var. Onlardan birinə yaxınlaşırıq. QARDAŞXAN MEHDİYEV: “Mən torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə sağlamlığımı itirmişəm. Həyatdan gedə də bilərdim. Amma Heydər Əliyevin qayğısı məni həyata qaytardı. Bu gün o, yoxdur, mən isə yaşayıram. Yaşamağım üçün də ona borcluyam. Çoxları elə bilir ki, o dövrdə müharibə ilə torpaqlarımızı ala bilərdik. Amma bu, mümkün deyildi. Heydər Əliyev hakimiyyətə gələndən bir az sonra atəşkəsə nail oldu. Birinci növbədə ölkəmizin iqtisadi inkişafına diqqət yetirdi. Sonra ordu quruculuğuna başlandı. Ona görə ki, yalnız iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevin yaratdığı bugünkü ordu da hər şeyə qadirdir. Ümid edirik ki, onun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev bu ordunun gücündən istifadə edib torpaqlarımızı geri qaytara biləcək. Biz yenə də onun əmrini yerinə yetirməyə hazırıq”.

RÜKƏXAN RÜSTƏMOV: “Mən Lerik rayonundan gəlmişəm. Bütün gecəni yol gəlmişəm ki, sübh tezdən dahi şəxsiyyətin məzarını ziyarət edə bilim. Amma, deyəsən, bir az gecikmişəm. Çünki adam çoxdur. Elə bil, bütün respublika buradadır. Hamı onu sevirdi. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Heydər Əliyevi sevməsinlər. Bizi də Bakıya gətirən məhz Heydər Əliyevə olan bu sevgi, hörmətdir. İstəyirəm, heç olmasa, məzarını ziyarət etməklə ehtiramımı bildirəm. Bir vaxtlar respublikanın cənub bölgəsi qan içində idi. Bizi bu qandan Heydər Əliyev qurtardı. Allah ona rəhmət eləsin, ruhu şad olsun”.

Ölkəmizin müxtəlif idarə, müəssisə, nazirlik, komitə və təşkilatlarının kollektivləri bir-birini əvəz edir. Onların baxışlarından hiss olunur ki, keçirdikləri hissləri kiminləsə bölüşmək, ürəklərini boşaltmaq istəyirlər. Nəqliyyat Nazirliyinin şöbə müdiri CAVİD NƏCƏFOVUN dediklərindən: “Mən elə bir dövlət başçısı, siyasi xadim tanımıram ki, öz xalqı, ölkəsi üçün bu qədər ölçüyəgəlməz işlər görmüş olsun. Respublikamızda nəhəng quruculuq işləri aparılmışdır. Mən bunların hansını deyim.

Bilirsiniz ki, çalışdığım Nəqliyyat Nazirliyi yeni qurumdur. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və Fərmanı ilə fəaliyyətə başlayan bu nazirlik ölkəmizin əlverişli coğrafi strateji mövqeyindən səmərəli istifadə etmək üçün mövcud imkanları reallaşdıracaq, yaxın gələcəkdə Azərbaycana külli miqdarda gəlir gətirəcəkdir. TRASEKA layihəsi, qədim İpək yolu, Şimal-Cənub nəqliyyat marşrutu... Bu layihələrdə Azərbaycan ən mühüm qovşaq, dəhliz rolunu oynayacaqdır. İndi nazirliyimizdə həmin layihələrlə bağlı mühüm təşkilati tədbirlər görülür. Təkcə Dəmir Yolları Əməkdaşlıq Təşkilatında respublikamızla yanaşı, Avropa və Asiyanın 34 dövləti iştirak edir. Bir sözlə, möhtərəm Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə hər sahədə nəhəng quruculuq işləri görülmüşdür.

Baş vermiş bu itki, əlbəttə, çox ağırdır. Yeganə təsəllimiz odur ki, bu gün Heydər Əliyev məktəbini keçmiş hörmətli İlham Əliyev Azərbaycan dövlətinə başçılıq edir. Xalqımız ona inanır və həmişə ölkəmizin Prezidentinin ardınca gedəcək, ona arxa olacaqdır.

Fəxri xiyabana ümummilli liderimizə özlərinin son borclarını verməyə gələnlər arasında “Azəriqaz” Səhmdar Cəmiyyəti təmir-tikinti idarəsinin rəisi ŞİRASLAN İBRAHİMOV da vardır. O deyir: “Fəxri xiyabanda bu izdiham bir daha göstərir ki, həyatını doğma Vətəninə, xalqına xidmətə həsr edən böyük şəxsiyyətin xatirəsi qəlblərdə əbədi yaşayacaqdır. Mən deyərdim ki, ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövləti və xalqı, onun xoşbəxt gələcəyi uğrunda canını fəda etdi. Yaxşı əməllər sahibi, xalqın yolunda ömrünü şam kimi əridən, hər yerdə iz qoyub haqq dünyasına köçən insanlar heç vaxt unudulmurlar. Həyatı başqalarına nümunə olan belə dahi şəxsiyyətləri tarix həmişə yaşadır”.

Fəxri xiyabana insan axını isə davam edir. Respublika ictimaiyyətinin ən müxtəlif təbəqələrini təmsil edən insanlar xalqımızın dahi oğlunun əziz xatirəsinə bir daha dərin hörmət və ehtiramlarını bildirir, onun ruhuna dualar oxuyurlar.

Prezident Heydər Əliyevin vəfatından qırx gün keçdi. Bütün bu günlərdə onun məzarını ziyarətə gələnlərin ardı-arası kəsilməmişdir və bu, həmişə davam edəcəkdir. Çünki min ildə bir dəfə doğulan kəslər tarixdə əbədi yaşayırlar. Heydər Əliyev də Azərbaycanın tarixində, xalqımızın qəlbində daim yaşayacaq və onun məzarının ziyarətinin də sonu olmayacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər