Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli soyqırımları unutmaq olmaz
Qəbələ, 31 mart (AZƏRTAC). Qəbələ rayon Mədəniyyət Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə mədəniyyət mərkəzinin foyesində gənc rəssamların ermənilər tərəfindən törədilmiş vəhşilikləri əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Toplantıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər bildirmişlər ki, son iki əsrdə ermənilərin düşünülmüş şəkildə həyata keçirdiyi genişmiqyaslı soyqırımı və işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan yurd-yuvasından didərgin düşmüşdür.
Rayon ziyalıları, məcburi köçkünlər, təhsil işçiləri, gənclər çıxış edərək Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərə siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri xüsusi qeyd etmişlər. Həmçinin işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə inam ifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]