Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin tviter sosial şəbəkəsində paylaşım edilib.
“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, - paylaşımda deyilir.