AZƏRBAYCAN YIĞMASININ MƏŞQÇİSİ KOMANDAYA 31 FUTBOLÇU DƏVƏT ETMİŞDİR
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts noyabrın 19-da Bakıda Albaniya yığması ilə yoldaşlıq oyununda iştirak edəcək komandamızın tərkibini elan etmişdir. Alman mütəxəssisi yığmaya 31 futbolçu dəvət etmişdir.
Qapıçılar Fərhad Vəliyev, Osman Umarov (hər ikisi “Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Anar Nəzirov (“Neftçi”), müdafiəçilər Rail Məlikov, Emin Cəfərquliyev, Rəşad Sadıxov (hamısı “Neftçi”), Usim Nduka, Mahir Şükürov (hər ikisi “Olimpik”), Samir Abbasov (“İnter”), Nodar Məmmədov (MOİK), yarımmüdafiəçilər Aqil Nəbiyev (“Olimpik”), Cavid Hüseynov, Mahmud Qurbanov, Elvin Məmmədov (hamısı “İnter”), Fabio Luis Ramim (“Bakı”), Zeynal Zeynalov (“Muğan”), Araz Abdullayev, Aleksandr Çertoqanov, Elmar Baxşıyev (hamısı “Neftçi”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), hücumçular Leandro Qomeş (“Olimpik”), Vaqif Cavadov (“Qarabağ”), Anatoli Ponomaryov (“Deqerfors”, İsveç), Tural Cəlilov (“Simurq”), Mixail Zaytsev (“Dağ Dizel”), Zahid Quliyev (MOİK), Novruz Məmmədov (“Muğan”), Eşqin Quliyev (“Neftçi”), Vüqar Nadirov (“Karvan”).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]