Azərbaycan Yunanıstandakı festivalda təmsil olunub
Saloniki, 11 iyun, AZƏRTAC
Yunanıstanın Saloniki şəhərindəki Plaz Aretsusda meydanında keçirilən 21-ci Qida Festivalında Azərbaycan diasporu da iştirak edib.
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Cəmiyyətin üzvləri Festivalda Azərbaycan plovu, dolma, qutab və digər təamlar təqdim ediblər.
Tədbirdə bir çox ölkələr təmsil olunublar. Yığılmış vəsait Filiroda yerləşən yunan uşaq evinə ianə edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki