Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda 100 mindən çox insana əziyyət verən revmatizm xəstəliyi haqqında bilmədiklərimiz

Azərbaycanda 100 mindən çox insana əziyyət verən revmatizm xəstəliyi haqqında bilmədiklərimiz

Bakı, 26 may, AZƏRTAC 

Ən qədim xəstəliklərdən biri olan revmatizm Azərbaycanda da əhali arasında geniş yayılıb. Revmatik xəstəliklərə sərf olunan iqtisadi xərclər cəmiyyətdə ağır yük kimi qiymətləndirilir. Bu qrup xəstəliklər birləşdirici toxumanın zədələnməsi ilə müşayiət olunur. Bəs bu xəstəliyin ilkin əlaməti nədir və xəstələnməmək üçün nələrə diqqət etməliyik? Bu və ya digər suallara Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Revmatologiya və Qastroenterologiya şöbəsinin müdiri, professor, əməkdar elm xadimi Sahib Musayev aydınlıq gətirib.

AZƏRTAC mövzunun aktuallığını nəzərə alaraq ATU-nun mətbuat xidmətinə istinadla həmin müsahibəni təqdim edir.

-Revmatizm birləşdirici toxumaların iltihabı xəstəliyidir. Xəstəliyin əsil adı revmatik qızdırmadır. Bu da gənc qızlarda və oğlanlarda daha geniş yayılıb. Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb isə iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalardır. Xəstəlik daha çox uşaqlıq illərində, əsasən də immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları halda inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmayanda xroniki hala keçir və uzun illər tədricən inkişaf edərək ağırlaşmalara səbəb olur.

-Bəs revmatik xəstəliklərin əsas əlamətləri nədir?

-Oynaqlarda ağrı, şişkinlik revmatik xəstəliklərin əsas göstəricilərindən sayılır. Bu, çox vaxt hərəkət məhdudluğuna və oynağın deformasiyasına gətirib çıxarır. Belə hallar müşahidə edilən insanlar tez yorulur və onların əmək qabiliyyəti aşağı düşür. Oturaq həyat tərzi də deformasiyaedici ostreartrozlara və fiziki-psixi gərginliyə səbəb olur. Həmçinin qığırdaqda finksional vəziyyətin pisləşməsinə gətirib çıxarır. Həm az hərəkət edən, həm də həddindən artıq fiziki işlə məşğul olan insanlarda, məsələn, idmançılarda da vaxtından tez qığırdağın zədələnib sıradan çıxması halları müşahidə edilir. Bunun sonrakı fəsadı isə əlillikdir. Revmatit artritə vaxtında diaqnoz qoyulub müalicə olunmazsa, əlilliyə gətirib çıxarır. Əgər vaxtında diaqnoz qoyularsa, belə xəstələr uzun müddət iş qabiliyyətlərini saxlayırlar. Məsələn, sistem qırmızı qurd eşənəyi əvvəllər sağalmayan xəstəliklər qrupuna aid olunurdusa, indi bu xəstəliyə vaxtında diaqnoz qoyulması o insanların sağalmasına çox böyük kömək edir. Müasir müalicə metodlarından istifadə edən xəstələrin təxminən 20 faizi sağalır. Düzgün və vaxtında diaqnoz qoyulmazsa, revmatizm vaxtından əvvəl ölümə və əlilliyə səbəb olur.

Təkcə Avropada 100 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Bu göstərici kişilər arasında 40 faiz, qadınlarda isə 60 faiz təşkil edir. Revmatik xəstəliklərin müalicəsinə çox böyük miqdarda maliyyə xərclənir. Azərbaycanda isə 100 mindən çox insan bu xəstəlikdən əziyyət çəkir. Bu insanlar diaqnoz qoyulan andan etibarən daim həkim-revmatoloqun nəzarəti altında olmalıdır.

-Bu xəstəliyin hansı növləri geniş yayılıb?

-Son zamanlar daha geniş yayılmış revmatik xəstəliklər sırasında əsas yeri mübadilə pozuntuları ilə müşayiət olunan xəstəliklər tutur. Bunların padaqra xəstəliyi üstünlük təşkil edir. Bu xəstəlik purin mübadiləsinin pozulması ilə ortaya çıxır. Xəstəliyi yaradan başlıca səbəblərdən biri yağlı yeməklərdən istifadə, spirtli içkilərin qəbuludur. Əsas əlaməti isə baş barmağın qızartılı şişməsi və dözülməz ağrılardır. Son vaxtlar ətraf mühitin çirklənməsi, sosial-psixoloji gərginliyin artması, digər tərəfdən əhali arasında həkim məsləhəti olmadan dərman vasitələrinin qəbul edilməsi ciddi bir xəstəliyin yaranmasına səbəb olur.

Cəmiyyət üçün ən ciddi problemlərdən biri birləşdirici toxumanın diffuz xəstəlikləridir. Bura əsasən sistem qırmızı qurd eşənəyi, sistem sklerozu, şarp sindromu, şiqren xəstəliyi və s. aid edilir.

Revmatik xəstəliklər sırasında daha geniş arealı əhatə edən behçet xəstəliyidir. Bu xəstəliyin əsas əlamətləri ağız boşluğunda aftoz stomatitdir. Xəstəliklə bağlı ilkin məlumatı olmayan insanlar diş həkimə müraciət edirlər, amma onlar bunun əslində revmatik xəstəliyin bir əlaməti olduğunu başa düşmürlər. Gözlərin zədələnməsi zamanı da insanlar adətən göz həkiminə müraciət edirlər. Onlarda belə təsəvvür yaranır ki, bu, göz xəstəliyidir. Əslində bu kimi xəstəliklər nə diş xəstəliyi, nə də göz zədələnməsidir. Üçüncü əlamət isə cinsiyyət orqanlarının zədələnməsidir. Bu xəstəlik qadınlarda vaginit, kişilərdə balanit kimi göstəricilərlə özünü büruzə verir. Bu zaman belə xəstələr ya ginekoloqa, ya uroloqa müraciət edirlər. Təsəvvür edin ki, uzun müddət bu xəstələr diaqnozsuz qalır və nəticədə çox pis fəsadlara gətirib çıxarır. Bu xəstəlik daha çox Orta Asiyada, Türkiyədə, İranda, Yaponiyada geniş yayılıb.

Bəzi xəstəliklər var ki, məsələn reaktiv artritlər, birləşdirici toxumanın diffuz xəstəlikləri xroniki xəstəliklər hesab olunur. Bu xəstəlikləri olan insanlar uzun müddət revmatoloqun nəzarəti altında olmalıdır.

Oynaq xəstəliklərinin səciyyəvi xəstəliklərindən biri də ostreartrozdur. Bu, oynaq qığırdaqlarının zədələnməsidir. Burda az hərəkətlilik, yəni hipodinamiya, şişmanlıq, endokrin xəstəliklər müşahidə olunur. Qadınlarda manopauzadan (aybaşının kəsilməsi) sonra bu xəstəliyin başvermə tezliyi artır.

-Oynaq xəstəliklərinin geniş yayılması və yaranma səbəbi haqqında nə deyə bilərsiniz?

-Oynağın zədələnməsi, oynaq artriti, ağrısı və şişkinliyi ilə müşayiət olunan bu xəstəliyin 120 növü var. Bir şeyi xüsusi olaraq vurğulayım ki, revmatoloq hər şeydən öncə, hematoloq, pulmonoloq və nefroloq olmalıdır. Çünki bu xəstəliklərin əksəriyyəti adını sadaladığımız xəstəliklərin əlaməti kimi özünü göstərə bilər. Sonda onu da deyim ki, revmatik xəstəliklərin yaranma səbəbləri məlum olmadığına görə, onun müalicəsi yalnız patogenetik şəkildə aparılır.

-Azərbaycanda bu xəstəliyə dəqiq diaqnoz qoymaq mümkündürmü?

-Revmatik xəstəliklər digər xəstəliklərdən onunla fərqlənir ki, bu xəstəliklərin bioloji zədələnmə markorları mövcuddur. Yəni bu xəstələrə dəqiq diaqnoz qoymaq üçün ən müasir immunoloji metodlardan istifadə etmək lazımdır. Əks halda, bu xəstəliklərin düzgün diaqnozunun və müalicəsinin aparılması mümkün deyil. Klinikamızda müasir standartlara cavab verən, yüksək keyfiyyəti ilə seçilən immunoloji, hematoloji, mikrobioloji genetik laboratoriya var. Bu da bizə vaxtında həmin xəstəliyi aşkar etməyə və bu xəstəliyə qarşı ən müasir müalicə metodlarından istifadə etməyə imkan verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir