Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA ABŞ-IN MÖVQEYİNDƏN NARAZILIQ ARTIR

Berlin, 16 aprel (AZƏRTAC). ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsizdir. Çünki bu qrupun yeganə məqsədi, yəni onun həqiqətən və dönmədən sadiq qaldığı məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təsirli addımlar atmaq deyil, münaqişə zonasında amanabənd barışığa nail olmaqdır. Minsk qrupu yalnız tərəfləri bu münaqişəni sülh yolu ilə həll etməyə çağırır və vaxtaşırı elə sxemlər təklif edir ki, tərəflərin biri həmin sxemləri qəbul, digəri isə rədd edir. Lakin Minsk qrupu variantlar təklif edəndən sonra həmin sxemlərin qəbul edilməsi və yerinə yetirilməsi üçün, necə deyərlər, əlini ağdan-qaraya vurmur. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi də məlum deyil. Münaqişəyə son qoyulub-qoyulmaması məsələsi, əslində Minsk qrupunu maraqlandırmır. Onun üçün əhəmiyyətli olan başqa məsələdir - müharibə yenidən başlanmasın və dünya bazarlarına neft göndərilməsi davam etsin. Vəssalam! Minsk qrupunun əsas məqsədi budur! Başqa sözlə desək, Minsk qrupu sülhün qorunub saxlanmasına xidmət edən “mavi dəbilqəlilərin” xüsusi forması əvəzinə diplomat kostyumları geyinmiş beynəlxalq qüvvələrdir.

Məsələn, ABŞ-a nəzər salaq. Ağlı kəsən hər bir insana aydındır ki, Ermənistan işğal edilmiş Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu azad etməyincə, bundan sonra Azərbaycan Dağlıq Qarabağın iki icmadan ibarət əhalisinə geniş muxtariyyat formasında özünüidarə imkanı verməyincə münaqişə həll edilməyəcəkdir. Üç prinsipin uzlaşdırılması məhz bundan ibarətdir. Əgər Ermənistan Azərbaycan ərazisini tərk etməsə münaqişə həll edilməyəcək və havadan barıt qoxusu əskik olmayacaqdır. Əgər Mİnsk qrupu münaqişənin həlli üzrə konkret addımlar atmaq əvəzinə, yalnız heç nə ilə təsdiqlənməyən pasifist bəyanatlar verməklə kifayətlənərsə, müəyyən məqamda bu məqsəd də puç olacaq və müharibə yenidən başlanacaqdır. Bunu hamı, o cümlədən ABŞ-da bilir. Bu da məlumdur ki, həmsədr ölkələrin iqtisadi və mənəvi dəstəyini hiss etdiyi şəraitdə Ermənistan işğal olunmuş əraziləri heç vaxt azad etməyəcəkdir. Ermənistan yalnız o vaxt ayılacaqdır ki, meydanda tək qaldığını hiss etsin. Əgər həmsədr ölkələr münaqişənin həll olunmasını həqiqətən istəyirlərsə, onlar bu məsələdə Ermənistana “kömək etməlidirlər”.

Görün necə vəziyyət yaranır! ABŞ bir tərəfdən münaqişənin həll olunmasını istədiyini bəyan edir, digər tərəfdən - Ermənistanın danışıqlarda indiki qeyri-konstruktiv mövqeyini davam etdirməsini stimullaşdırmaq üçün mümkün olan hər şeyi edir. “Azadlığın dəstəklənməsi aktı”na 907-ci düzəliş bu gün “ölü sənəd” olsa da, ABŞ ayrı-seçkilik xarakterli, onun özünü biabır edən bu düzəlişi hələ də ləğv etməmişdir. Görəsən, sağlam düşüncəli hər hansı insan təsəvvür edə bilərmi ki, 1930-cu illərin axırlarında ABŞ Konqresi və ya Britaniya parlamenti nasist Almaniyaya köməyi artırsın və hətta Çexoslovakiyadan yan keçərək Sudet almanlarına birbaşa yardım ayırsınlar, üstəlik, Çexoslovakiyanı cəzalandırmaq üçün onun Sudeti blokadaya alması barədə qətnamə qəbul edilsin? Təəssüf ki, o narahat illərdə ağlasığmaz hesab edilən hərəkətlərə indiki dövrdə yol verilir. ABŞ Ermənistanı yeniləşdirilmiş Madrid prinsiplərini qəbul etməyə razılaşdırmaq üçün təsirli mexanizmlər (sadəcə sözlər yox) tətbiq etmək əvəzinə, ona ilbəil yardım ayırır. Həmsədrlər Ermənistan iqtisadiyyatını canlandırmaqla daşnakların özünə inamını artırır və münaqişənin həllini uzadırlar. Eyni zamanda, Azərbaycan öz vətəndaşları olan hərbi qulluqçuların həyatını riskə məruz qoyaraq Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını davam etdirir. Azərbaycanlı hərbi qulluqçular Kosovoda və İraqda sülhyaratma əməliyyatlarında da iştirak etmişlər. Bu, Azərbaycana lazım idimi? Gəlin etiraf edək ki, o qədər də lazım deyildi - bütün bunlar Azərbaycanın qarşısında duran ümdə məsələlər sırasına daxil deyildir. Bununla belə Azərbaycan öz tərəfdaşlıq borcuna sadiqdir. ABŞ isə bunu başa düşmür və belə hesab edir ki, guya Azərbaycan belə də etməli idi - for granted.

Dağlıq Qarabağ ermənilərinə birbaşa yardım göstərilməsi ilə əlaqədar bu demarş nəyə gərəkdir? Azərbaycan özü də bu diyarı cənnətə çevirməyə və elə etməyə qadirdir ki, onun sakinlərinin heç nəyə ehtiyacı olmasın. Bunun üçün nə lazım olması hamıya məlumdur: Dağlıq Qarabağın sakinləri özlərini ən azı formal cəhətdən Azərbaycan vətəndaşları olduğunu etiraf etməlidirlər. Əgər amerikalılar Bakıya məhəl qoymadan Dağlıq Qarabağ ermənilərinə birbaşa maliyyə yardımı göstərsələr, bununla onlar separatizmi daha artıq dərəcədə şirnikləndirmiş olacaqlar. Axı Bakı Dağlıq Qarabağa yardım göstərilməsinə heç vaxt etiraz etməmişdir, lakin bu halda ən azı formal səviyyədə iki şərtə riayət edilməlidir: 1) Dağlıq Qarabağ ermənilərinə yardım Azərbaycanın bank strukturları vasitəsilə göstərilməli; 2) Dağlıq Qarabağın həmin münaqişədə ermənilərdən qat-qat çox zərər çəkmiş azərbaycanlı icmasına da mütənasib həcmdə yardım göstərilməlidir. Siyasi etika bunu tələb edir, ABŞ isə ona riayət etmir və üstəlik, istəyir ki, ona ehtiram bildirilsin. Əgər amerikalılar bu cür prinsipialdırlarsa, onda ABŞ Konqresi Tbilisidən yan keçərək Cənubi Osetiyaya və Abxaziyaya nə üçün birbaşa maliyyə yardımı ayırmır? Dağlıq Qarabağ əhalisinin üçdə bir hissəsinə heç vaxt bu cür birbaşa yardım ayrılmadığını Konqresdə kimsə xatırlayıbmı? Heç kim! Bəs nəyə görə amerikalılar azərbaycanlı hərbi qulluqçuların Əfqanıstanda keçirilən əməliyyatlarda iştirakını guya belə də olmalı bir fakt kimi qəbul edirlər? ABŞ-da bu suallar barədə nə üçün düşünmürlər? Ancaq düşünməlidirlər!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər