AZƏRBAYCANDA “ATAM, ANAM VƏ MƏN” LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ BAŞLANIR
AZƏRTAC xəbər verir ki, Rusiyada 2008-ci il “Ailə ili” élan edilmişdir. Bununla bağlı Azərbaycanda Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası oktyabrda “Atam, anam və mən” idman-intellektual layihəsinin başlanacağını élan etmişdir.
Assosiasiyanın sədri Lyubov Yakunina AZƏRTAC-a bildirmişdir ki, bu layihədə idman və intellektual yarışların keçirilməsi nəzərdə tutulur.
Layihənin məqsədi harmonik şəxsiyyətin və ailənin tərbiyəsidir. Layihəyə ümumdünya tarixi, Azərbaycan, Rusiya tarixinə dair proqramlar, habelə incəsənətin müxtəlif növləri üzrə olimpiadalar daxildir. Layihəyə cari ilin dekabrında yekun vurulacaqdır.
Ən yaxşı ailələr yekun qəbuluna dəvət olunacaq və Yeni il ərəfəsində hədiyyələrlə mükafatlandırılacaqlar. Ailə adət-ənənələrinə, ümumi işə, peşəyə sadiq olan, idman və intellektual baxımdan harmonik inkişaf etmiş ailələr isə ən yaxşı ailələr hesab olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]