Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün demokratik təsisatlar var
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beyləqan rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığının mövcud olduğunu, heç bir senzuranın olmadığını bildirib. Prezident İlham Əliyev hazırda bir milyondan artıq Azərbaycan vətəndaşının facebookda fikirlərini paylaşdığını və yaxud hansısa məlumat əldə etdiyini, heç də hər bir ölkədə belə olmadığını, senzuralar, məhdudiyyətlərin olduğunu, bəzi digər tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Prezident deyib: “Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir. Ona görə, siyasi islahatların, eyni zamanda, iqtisadi islahatların dərinləşməsi nəticəsində son 10 ildə bir milyondan artıq yeni iş yeri açılmışdır. Bu proses davam edir və davam etməlidir. Çünki bizim əhalimiz artır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]