Azərbaycanda bələdiyyələrdə 27 ciddi qayda pozuntusu aşkarlanıb, 12-si üzrə cinayət işi başlanılıb
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycanda bələdiyyələrdə 27 ciddi qayda pozuntusu aşkarlanıb, 12-si üzrə cinayət işi başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 15-də keçirilən iclasının gündəliyinə daxil edilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.
Bu məqsədlə aparılan araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 12.10.2026 [11:06]