Azərbaycanda cüdoçuların sayı artıb
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycanda cüdo ilə məşğul olan idmançıların sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Milli Mətbuat Günü münasibətilə təşkil olunan tədbirdə məlumat verib. O bildirib ki, 2022-ci ilin yanvar ayında cüdoçuların sayı 16000 olubsa, bu ilin iyul ayına olan göstərici 19500 nəfərdir.
Federasiya rəsmisi qız cüdoçuların da sayında artım olduğunu vurğulayıb.