Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda ekoloji problemlər digər dövlətlərlə müqayisədə daha sürətlə həll olunur

Bakı, 10 fevral (AZƏRTAC). 2012-ci ilin yanvarında ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksi hazırlanmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sənəddə 132 dövlət arasında 2 istiqamət - ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri üzrə qiymətləndirmə aparılmışdır.

Mövcud ekoloji vəziyyətə görə Azərbaycan 111-ci, ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə isə 2-ci yerdədir.

Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksində ətraf mühitin vəziyyəti və ekoloji durumun dəyişikliyi 10 sahə üzrə, 22 indikator əsasında qiymətləndirilmişdir.

Ekoloji qiymətləndirmə geniş çərçivədə aparılmış, sırf ətraf mühit komponentləri ilə bərabər, qapalı məkanlarda havanın keyfiyyəti, kənd təsərrüfatına subsidiyalar kimi məsələlər də qiymətləndirilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olan komponentlərin qiymətləndirilməsinin təhlili göstərir ki, ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlər səmərəli olmuş və fəaliyyət istiqaməti düzgün seçilmişdir.

Azərbaycanın ətraf mühitin vəziyyəti ilə bağlı 111-ci yerdə qərarlaşması son illərdə əldə olunmuş ekoloji inkişaf nəzərə alınmaqla Azərbaycanda ekoloji problemlərin mövcudluğunu və onların əsasən keçmişdən miras qaldığını göstərir. Ətraf mühitin vəziyyəti qiymətləndirilən zaman neftlə çirklənmiş və deqredasiyaya uğramış ərazilər, çirkab suların idarə olunması ilə bağlı problemlər və s. məqamlar əsas götürülmüşdür.

Abşeron yarımadasında 150 il ərzində 10 min hektar torpaq neftlə çirklənmişdir. Son illər ərzində bunun yüzlərlə hektarı təmizlənmişdir. Su təchizatı və sanitariya ilə bağlı yığılıb qalmış problemlərin də sürətlə həllinə başlanılmışdır. Bu məqsədlə böyük investisiya yatırımları hesabına respublikanın bütün bölgələrində iri layihələr həyata keçirilir.

Ümumilikdə, bu günədək ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin mənşəyi məlum olmayan məlumatlar əsasında Azərbaycandakı fəaliyyəti adətən mənfi qiymətləndirdiklərini nəzərə alsaq, ABŞ-ın tanınmış Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanmış ekoloji indeksdə Azərbaycanın son illərdə ən çox nailiyyətlər əldə etmiş ölkələr arasında 2-ci yeri tutması ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsini göstərir.

Uşaq ölümü indikatoru əsasında qiymətləndirilən ətraf mühitlə bağlı xəstəliklər üzrə ölkəmiz 86-cı yerdə olmasına baxmayaraq, bu göstərici üzrə son illərdəki fəaliyyətə görə Azərbaycan maksimum nəticə göstərərək birinci yeri tutmuşdur. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaratmışdır. Təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın insanın Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyət belə nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.

Meşələrlə bağlı məsələlərdə qiymətləndirmə aparılmış hər 3 komponent - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə Azərbaycan ən yüksək nəticə göstərərək 132 dövlət arasında 1-ci yeri tutmuşdur. Belə yüksək qiymət sevindirici faktdır. Çünki Azərbaycanda meşələrin sahəsi siyahının sonunda qərarlaşmış bir çox dövlətlərlə müqayisədə çox azdır. Buna baxmayaraq Azərbaycanın meşələrlə bağlı yüksək qiymətləndirilməsi əldə olunmuş nailiyyətləri göstərir. Bu qiymətləndirmədə yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırılma hallarının ilbəil azalması nəzərə alınmışdır.

İqlim dəyişikliyi bəndi üzrə Azərbaycan son illərdəki fəaliyyətə görə 1-ci, mövcud vəziyyətə görə isə 67-ci yerdədir. Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik səmərəsi yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona enmişdir. Buna ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla davamlı inkişaf prinsiplərinə böyük əhəmiyyət verilməsi nəticəsində nail olunmuşdur.

Alternativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilmiş, ildə 30 meqavatt gücündə günəş panellərinin istehsalı zavodu istifadəyə verilmiş, hibrid enerji layihəsi həyata keçirilmişdir.

Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, buradakı buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin bu ərazidəki ekosistemin kompleks öyrənilməsi məqsədilə Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılmış, Tufandağın zirvəsində, Şahdağda və Şahdüzündə avtomat meteoroloji stansiyalar quraşdırılmış və enerji tələbatı alternativ enerji hesabına təmin olunmuşdur.

Beynəlxalq ekoloji indeksdə əsas yaşam yerlərinin mühafizəsi, biomların mühafizəsi və mühafizə olunan dəniz əraziləri indikatorları əsasında qiymətləndirilmiş biomüxtəliflik üzrə Azərbaycan son on ildə inkişafa görə 45-ci, faktiki vəziyyətə görə isə 100-cü yerdədir. Bu inkişaf xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, nadir bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilməsi, mühafizə tədbirlərinin ciddiləşdirilməsi hesabına nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımına nail olunması ilə bağlıdır.

Suyun insan sağlamlığına təsiri üzrə ətraf mühitin vəziyyətinin indeksi 111, son 10 ildə ekoloji inkişafın göstəricisi isə 56-dır. Bu istiqamət qiymətləndirilərkən bir tərəfdən indiyədək, ümumilikdə, kanalizasiya sisteminin mövcudluğu və əhalinin içməli su ilə təminatı məsələləri, digər tərəfdən isə son vaxtlar bu sahədə görülmüş işlər nəzərə alınmışdır.

Son illər ölkədə mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi, su hövzələrinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğulardan ibarət Xəzəryanı ölkələr arasında ilk dəfə Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi yaradılmışdır.

Mərkəzləşmiş şəkildə təmiz içməli suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də qısa müddətdə təhlükəsiz su ilə təmin edilməsi üçün modul tipli sutəmizləyici qurğular qurulur.

Azərbaycan, eyni zamanda, kənd təsərrüfatı üzrə 111-ci, bu sahədəki inkişaf göstəricilərinə görə isə 58-ci yerdə qərarlaşmışdır.

Atmosfer havasının ekosistemə təsiri üzrə Azərbaycana 94-cü, bu sahədəki son 10 ildə inkişaf göstəricilərinə görə isə 24-cü yer verilmişdir. Ölkəmizin bu sırada qərarlaşmasına səbəb elektrik enerjisinin alınmasında mazutdan imtina olunaraq tamamilə təbii qaza keçilməsi və elektrik enerjisi vahidinin istehsalına sərf olunan şərti yanacağın 2000-2010-cu illər ərzində 411,3 qramdan 304,5 qramadək azaldılmasıdır.

Atmosfer havasının insan sağlamlığına təsiri baxımından Azərbaycan 76-cı, bu sahədəki inkişaf göstəricilərinə görə isə 116-cı yeri tutmuşdur.

Balıqçılığa dair göstərici üzrə Azərbaycan qiymətləndirilməmişdir. Bu sahə üzrə qiymətləndirmə 200 millik iqtisadi zona konseptinə əsasən aparılır. Hələlik Xəzər dənizinin statusuna dair danışıqlar başa çatmadığından qeyd olunan qiymətləndirmə Azərbaycan üzrə aparılmamışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb