Azərbaycanda əldə olunmuş nailiyyətlər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 10 may, AZƏRTAC
Mən hər il ümummilli lider Heydər Əliyevin doğum günündə bu dahi şəxsiyyətin xatirəsini yad etməyi özümə mənəvi borc bilirəm. Çünki xalqın əbədi lideri zirvəsinə ucalmış Ulu Öndər Azərbaycanın gələcəyi üçün çox işlər görüb.
Bu sözləri mayın 10-da ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarətə gələn tələbə Tural Novruzov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Ulu Öndər ölkəmizin tarixində əvəzsiz xidmətlər göstərib. Bu gün sürətlə davam edən ölkəmizin inkişafının bünövrəsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Artıq Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənməsi Heydər Əliyevin siyasətinin qələbəsidir.
T.Novruzov həmçinin vurğulayıb ki, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgənin lider dövlətinə çevrilib.