AZƏRBAYCANDA FORUM KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu çoxəhatəli forum respublikanın aparıcı müəssisələrinin rəhbərləri üçün bir çox məsələlərin müzakirəsindən ötrü rəsmi start olacaqdır. Oracle korporasiyası Rusiya, MDB və dünyanın ən iri müəssisələrinin avtomatlaşdırılması təcrübəsindən istifadə edərək, Azərbaycan şirkətlərinin mənfəəti və səmərəliliyinin artırılmasına maksimum yardım göstərməyi planlaşdırır.
Forumda korporasiyanın vitse-prezidenti və MDB üzrə Oraclenin baş direktoru Boris Şerbakov, MDB üzrə Oraclenin biznes əlavələri departamentinin direktoru Andrey Draçenko və Azərbaycan Respublikası Prezidenti İcra Aparatının informasiya resursları və texnologiyaları Mərkəzinin rəhbəri Elmir Vəlizadə iştirak edəcəklər.
Forumda Avropanın və MDB ölkələrinin müasir bazarlarının xüsusiyyətləri və Oracle korporasiyasının Azərbaycandakı strategiyası, Avropa, Rusiya və Azərbaycan müəssisələri qarşısında duran vəzifələr, korporasiyanın üç əsas bazarı, 2006-cı ildə məhsul strategiyası, Azərbaycanda və MDB ölkələrində yeni layihələri, müştəriləri və qabaqcıl sənaye sahələri nəzərdən keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]
Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb
- 09.10.2026 [11:57]
İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb
- 09.10.2026 [11:54]
Fiziki şəxslərin banklardakı əmanətləri artıb
- 09.10.2026 [11:53]