Azərbaycanda hava yenidən soyuyacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 10-12 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 25-i axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Oktyabrın 26-da da küləkli hava şəraiti davam edəcək, xüsusilə oktyabrın 25-dən 26-na keçən gecə şimal-qərb küləyi arabir güclənəcək. Oktyabrın 25-i gecə saatlarında və oktyabrın 26-da yağış yağacağı gözlənilir. Oktyabrın 26-27-də gündüz saatlarında havanın temperaturu 8-12 dərəcəyə enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 25-də günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 25-də axşam, 26-da isə gecə bəzi rayonlarda şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Oktyabrın 26-27-də aran rayonlarında havanın temperaturu gündüz saatlarında 9-14, dağlarda isə 1-6 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]