Azərbaycanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının biletləri satışa çıxarılıb
Bakı, 24 iyul, AZƏRTAC
Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda keçiriləcək qadın voleybol komandaları arasında Avropa çempionatının biletləri iyulun 24-dən Bakıda satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, biletlərin qiyməti 3-5 manat arasında dəyişir. Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manatdır. Bir nəfər ən çox 10 bilet ala bilər.
Biletləri 1, 2, 3, 4 saylı və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, Hökumət evinin yanından, “Azərbaycan” kinoteatrından, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərində yerləşən “iTickets” köşklərindən əldə etmək olar.
Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi və on altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastik Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
- 29.09.2026 [03:17]
Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]