Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ: İRƏLİYƏ DOĞRU ADDIM

Svante Kornell,

Con Hopkins Universitetinin Mərkəzi

Asiya və Qafqaz İnstitutunun İpək Yolunun

Öyrənilməsi Proqramının rəhbəri

Svante Kornell 2000-ci və 2005-ci illərdə Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etmiş, bu il noyabrın 6-da Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müşahidələri əsasında analitik material hazırlamışdır. AZƏRTAC həmin materialı qısa ixtisarla oxuculara təqdim edir.

NƏTİCƏ

Con Hopkins Universitetinin eksperti S.Kornell yazır: “Azərbaycanda noyabrın 6-da keçirilən parlament seçkiləri ölkənin demokratiyaya doğru əziyyətli yolunda irəliyə doğru mühüm addım olmuşdur. Bu parlament seçkiləri ölkənin müstəqilliyi tarixində ən mütəşəkkil və açıq seçkilər idi”. Ekspertin rəyinə görə, əsasən seçki kampaniyası, səslərin hesablanması və yekunlaşdırılması zamanı yaranmış və xeyli söz-söhbətə səbəb olmuş problemlər seçkilərə kölgə salaraq, Beynəlxalq Müşahidəçilər Missiyasını belə qənaətə gəlməyə vadar etmişdir ki, seçkilər bir sıra beynəlxalq norma və standartlara uyğun deyildir.

S.Kornellin fikrincə, müşahidəçilərin birgə beynəlxalq missiyası əldə edilmiş tərəqqini lazımınca nəzərə çarpdırmadı. Bir çox müşahidəçilər, o cümlədən AŞPA-nın bəzi üzvləri bundan narahat olduqlarını bildirdilər ki, birgə rəsmi hesabat nə onların qrupdaxili müzakirələrinə, nə də müşahidələrə uyğun olmuşdur.

Seçkilərdən sonra hökumət ən kobud səhvlərə dair faktlara dərhal reaksiya verərək, bir neçə dairədə seçkilərin nəticələrini ləğv etdi, habelə saxtakarlıqlarda təqsirli olan rəsmi şəxsləri vəzifələrindən kənarlaşdırdı: “Seçkilərdə yol verilmiş nöqsanların tənqidi ədalətli olsa da, Azərbaycanda parlament seçkiləri göstərir ki, keçmiş sovet dövlətlərində demokratik inkişaf təkcə inqilabi yolla deyil, təkamül yolu ilə də baş verə bilər”.

Qərb dəyişikliklərin sürətinə bəslədiyi ümidlərində realist olmalı və dərk etməlidir ki, liberallaşdırma prosesinin özü seçkilər prosesini nəzarət üçün daha da mürəkkəbləşdirir. Azərbaycan təkcə nöqsanların tənqidinə görə deyil, bu tərəqqiyə görə də tərifə layiqdir.

KONTEKST

S.Kornell belə qənaətdədir ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq və yerli şəraitin mürəkkəb olduğu bir vəziyyətdə keçmişdir. Seçkilərin keçirilməsi regional səviyyədə Gürcüstan, Ukrayna və Qırğızıstanda “rəngli inqilablar” seriyası ilə bir vaxta düşmüşdür. Gürcüstan və Ukraynanın timsalında qeyri-korrekt seçkilər dinc və mütəşəkkil qiyamlara səbəb olaraq, oradakı rejimlərin dəyişməsinə gətirib çıxardı, Qırğızıstanda isə dövlət çevrilişi hökumətin qovulması ilə nəticələndi. Hər üç halda baş vermiş hadisələr qeyri-populyar, korrupsiyaya qurşanmış rejimlərin məhvinə gətirib çıxardı. Bundan əlavə, bu hadisələr Azərbaycanın Qərb üçün strateji əhəmiyyətinin, əvvəla, zəngin neft ehtiyatları, ikincisi, beynəlxalq antiterror koalisiyasında onun rolu, üçüncüsü, həm dünyəvi, həm də potensial surətdə demokratik və mötədil müsəlman dövləti kimi rolu sayəsində gücləndiyi bir vaxtda baş vermişdir. Bütün bu cəhətlər indiki hakimiyyətin dəyərli keyfiyyətidir və onun əhəmiyyəti Buş hökumətinin daha geniş məkanda - Yaxın Şərq məkanında demokratikləşdirmə proseslərində mənafeyinin güclənməsi ilə əlaqədar daha da artmışdır. Əslinə qalsa, Azərbaycan Buş doktrinasında presedent kimi daha geniş səpkidə nəzərdə tutulur: seçkilərin saxtalaşdırılması təqdirində Vaşinqton öz prinsiplərinə sadiq qalmaqda davam edəcəkmi, yoxsa ozünün müttəfiqinin strateji tərəfdaşı kimi qalacaqmı? Nəticədə, ABŞ hökuməti Azərbaycanın seçki siyasətində əvvəlkinə nisbətən öz üzərinə daha fəal rol götürmüşdür. ABŞ səfirliyinin işçiləri və Vaşinqtondan gəlmiş emissarlar çalışırdılar ki, seçkilər demokratik keçsin və bununla da iğtişaşlar riski və dağıdıcı inqilab təhlükəsi azalsın, habelə strateji mənafelərlə demokratiya arasında seçimə ehtiyac qalmasın.

Bu niyyət belə ehtimala əsaslanırdı ki, Azərbaycan Gürcüstandan, Ukrayna və Qırğızıstandan güclü şəkildə fərqlənir. Gürcüstan, Ukrayna və Qırğızıstanın oxşar cəhətləri çox idi. Əvvəla, bu ölkələrin hökumətləri son dərəcə qeyri-populyar idi, onların rəhbərləri iqtisadi inkişafın olmaması, - bu, əhalidə güclü narazılıq doğururdu, - nəticəsində etimadı itirmişdilər. İkincisi, onların müxalifəti yekdil idi, müxalifətə hökumətin keçmiş yüksək vəzifəli üzvləri rəhbərlik edirdilər. Üçüncüsü, hüquq mühafizə orqanları mənəvi cəhətdən aşınmışdı və cəmiyyətin ayağa qalxması nəticəsində mövcud rejimi dəstəkləmək iqtidarında deyildi. Dördüncüsü, xüsusən Gürcüstan və Ukraynada müxalifət mütəşəkkil idi və kənardan güclü şəkildə dəstəklənirdi.

Azərbaycan bu meyarlardan heç birinə uyğun gəlmirdi. Azərbaycanın hüquq mühafizə orqanları nizam-intizamlı olduğunu və mövcud hakimiyyəti müdafiə etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirmişdir. Ən başlıcası isə, Azərbaycan hökuməti Şevardnadze, Kuçma və Akayev rejimləri kimi qeyri-populyar deyildir. 2003-cü ildə İlham Əliyevin iştirak etdiyi prezident seçkilərində pozuntular qeydə alınsa da, onun rəqiblərin hər hansı birindən çox səs topladığına şübhə azdır. Üstəlik, o, Prezident seçildiyi vaxtdan bəri özünü atasının başladığı proseslərin ardıcıllığını saxlamağa və yeniliklər tətbiq etməyə qadir qüvvə, habelə islahatçı qüvvə kimi göstərmişdir.

Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı tədricən inkişaf edir, neft sərvətləri daha geniş kütlələrin malı olur və cəmiyyətdə gələcəyə ümidlər artır, bu əsasda Əliyevin reytinqi də artır. Bu arada isə müxalifət parçalandı, həm də daha çox 2003-cü ildə Əliyevə qarşı vahid namizəd məsələsində tərəflər razılığa gələ bilmədiyinə görə. Bu amil və müxalifətin siyasi proqramının olmaması ictimaiyyətdə belə bir narahatlıq doğurdu ki, müxalifət liderləri 1992-93-cü illərdə hakimiyyətdə buraxdıqları səhvlərdən nəticə çıxarmamışlar; məlum olduğu kimi, bu dövr ölkəyə xaos və iqtisadi tənəzzül gətirdi, Ermənistanla müharibədə Dağlıq Qarabağ itirildi. Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin və Müsavat Partiyasının başqanı İsa Qəmbərin, ardıcıl olaraq korrupsiyada günahlandırılmasına baxmayaraq, Rəsul Quliyev və onun Demokrat Partiyası ilə müttəfiq olması qərarı onların antikorrupsiya platformalarını da ləkələmiş oldu. Bundan əlavə, müxalifət gücünü seçki kampaniyası aparmaqdan daha çox Qərbin diqqətini cəlb etməyə və inqilabdan danışmağa verdi. Bunun bariz əlaməti onların narıncı rəngi seçməsidir. 2005-ci ilin oktyabrında Kərimli bunu açıq bildirmişdi - məqsədimiz Ukraynada olduğu kimi, rejimi dinc yolla dəyişdirməkdir. Ukrayna inqilabını və Amerika demokratiyasının artan təsirini görən İlham Əliyev aydın başa düşdü ki, islahatları sürətləndirmək lazımdır, elə etmək lazımdır ki, Qərb parlament seçkilərinin nəticələrini qəbul etsin. Əliyev başa düşdü ki, rəngli inqilab riskini azaltmaq üçün daha məzmunlu siyasi sistem lazımdır. Azərbaycanın iqtisadi göstəricilərini və özünün reytinqini nəzərə alaraq, İlham Əliyevin liberallaşmanın onun hakimiyyət mövqelərini təhdid etmədiyinə inanmağa əsası vardı. Əvvələn, o, hamının gözündə bir islahatçı imici qazanmışdır. İkincisi, Əliyev Qərbin mövqeyinə çox diqqət ayırır. Cənab Əliyev oktyabr ayında bu sətirlərin müəllifinə demişdi ki, o, Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasına xüsusi əhəmiyyət verir. O, həmçinin qeyd etmişdi ki, Azərbaycanın Avropaya inteqrasiyası daha çox ölkənin özündən asılıdır. Gələcək seçkilərdə vəziyyətin necə olacağının düzgün başa düşüldüyünü göstərən bu bəyanatlardan əlavə, cənab Əliyev imzaladığı iki Sərəncamı və kütləvi yığıncaqlarda etdiyi çıxışları ilə seçkilərin demokratik cəhətdən təkmilləşdiriləcəyinə söz verdi ki, bu da onun seçkilərə şəxsi inamını möhkəmləndirdi.

SEÇKİ KAMPANİYASI

Ekspertin rəyinə görə, seçki prosesində beynəlxalq təşkilatlar seçki komissiyalarında, namizədlərin qeydiyyatı və müşahidə prosesində islahatlar aparılmasını, barmaqların mürəkkəblənməsini, toplaşmaq azadlığına hörmət etməyi, müxalifətin seçki kampaniyasına mane olmamağı, onlar üçün mətbuatda çıxışlara şərait yaradılmasını, seçki kampaniyasına və seçki prosesinə icra hakimiyyətinin müdaxilə etməməsini tələb edirdilər. Bu mülahizələrin bir çoxuna əməl olundu, bəziləri isə eşildilmədi.

Namizədlərin qeydiyyata alınması ötən seçkilərlə müqayisədə xeyli yaxşılaşmışdır. Belə ki, 2000-ci ildə müxalifət namizədlərinin çoxu qeydiyyata alınmadığı halda, bu dəfə nəinki müxalifət namizədlərinin hamısı, hətta müxalifətin Rəsul Quliyev, Ayaz Mütəllibov kimi nümayəndələri də qeydiyyatdan keçmişdilər. Siyasi baxışlarından asılı olmayaraq, bütün namizədlərə bərabər efir vaxtının ayrılması, seçicilərin təkrar səsverməsinin qarşısını almaq üçün gözlə görünməyən mürəkkəbdən istifadə olumasını da irəliyə atılan addım hesab etmək olar. Bu yeniliklərin 90 faizi qısa müddətdə bacarıqla yerinə yetirilmişdir. Eyni zamanda, xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının müşahidəçilərinin iştirakına qoyulan qadağa seçkilərə bir neçə gün qalmış olsa da, götürülmüşdü.

Seçkiqabağı dövrdə problemlər qalmışdı. Mühüm problemlərdən biri Mərkəzi Seçki Komissiyası daxil olmaqla, - burada bütün seçki səviyyələrində dövlət nümayəndələri müxalifət təmsilçilərindən çoxdur, - seçki komissiyalarının tərkibi məsələsidir. Seçki sistemində obyektivliyə nail olmaq üçün bu sahədə islahatlar aparılmalıdır. S.Kornell hesab edir ki, Prezidentin sərəncamlarına baxmayaraq, bəzi yerli icra hakimiyyətləri iqtidaryönümlü namizədləri dəstəkləməkdə davam etmişlər və onların heç biri seçkilərədək cəzalandırılmamışdır. Bəzi hallarda namizədlərə təzyiqlər göstərilmiş, hüquq mühafizə orqanları icazəsiz keçirilən nümayişləri dağıtmaq üçün zəruri olandan artıq tədbirlər görürdülər. Lakin müxalifət qüvvələri bəzən nümayişləri təyin olunmuş yerlərdə keçirməməklə hüquq mühafizə orqanlarını zorakılığa təhrik edərək, beynəlxalq ictimaiyyətin diqqətini seçki prosesinə cəlb etməyə çalışırdılar. Hər iki tərəf seçkilər zamanı gərginlik yaratmışdı, lakin əsas məsuliyyət dövlətin üzərinə düşür, o, təmkinlilik nümayiş etdirməlidir.

SEÇKİLƏR GÜNÜ

Müşahidəçilərin hamısı seçkilər gününün əvvəldən axıradək sakit və rahat keçməsinə təəccübləndilər. 2000-ci il parlament seçkiləri və 2003-cü il prezident seçkilərinin təcrübəsi getdikcə aradan götürüldü. Seçki qutularının saxta bülletenlərlə doldurulması, seçicilərə açıq-aşkar hədə-qorxu gəlinməsi, eyni seçicinin bir neçə dəfə səs verməsi faktları müşahidə olunmadı. Müşahidəçilərin hamısının yekdil rəyinə görə, ölkənin bütün seçki məntəqələrində seçkilər sakit və intizamlı keçirilmişdir. Beynəlxalq birliyin təklifi ilə həyata keçirilən yeniliklər, o cümlədən şəffaf qutular, barmaqların gözə görünməyən mürəkkəblə işarə edilməsi, səsvermə iştirakçılarının qeydiyyata alınmasının yaxşılaşdırılması bu prosesə böyük töhfə vermişdi. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq, 125 seçki dairəsində ekzit-pollar keçirilmişdir. Seçicilərə, xüsusən kənd yerlərində ekzit-pollun mahiyyəti barədə məlumat verilməmişdi. Buna görə də USAİD-in keçirdiyi ekzit-pollda xeyli nöqsanlar var və indiyədək rəsmi məlumatları müqayisə etmək üçün onun nəticələrindən istifadə olunur. Seçki dairələrinin 80 faizində ekzit-pollun nəticələri rəsmi nəticələrlə üst-üstə düşür, 9 dairədə isə bu nəticələrdə çox böyük fərq qeydə alınmışdır. Bəzi dairələr, o cümlədən səslərin hesablanması və seçici siyahılarının tərtib edilməsində problemlər yaranmış kənd seçki dairələri istisna olmaqla, seçki prosesi nizamla keçmişdir.

S.Kornell bildirir ki, beynəlxalq müşahidəçilər səslərin hesablanması zamanı yaranmış problemləri tənqid etmişlər. Onlar bildirmişlər ki, noyabrın 6-da keçirilmiş seçkilər ATƏT qarşısında götürülmüş bir sıra öhdəliklərə və Avropa Şurasının demokratik seçkilər keçirilməsi standartlarına uyğun gəlməmişdir. Seçkilərin nəticələri ilə bağlı hesabat Bakıda keçirilmiş mətbuat konfransında müxalifət tərəfindən alqışlarla qarşılanmış və qiymətləndirilmişdir. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının bir neçə üzvü hesabatın bir qədər əvvəlki müzakirələrə uyğun gəlməməsindən narazı qalmışlar. Həmin müzakirələr zamanı seçkilər xeyli tarazlı qiymətləndirilmişdir.

Avropa Şurası Parlament Assambleyasının üzvlərindən birinin sözlərinə görə, 4 müşahidəçi missiyasının (ATƏT, Avropa Şurası, NATO və Avropa Parlamenti) başçıları ilkin hesabatı müzakirə etmək üçün bağlı qapılar arxasında görüşmüşlər. Əvvəlki seçkilərlə müqayisədə əldə olunmuş irəliləyişlər nəzərə alınmadan, həmin hesabat mətbuat konfransında mənfi mövqedən elan edilmişdir. AŞPA missiyasının bəzi üzvləri (İsveç), mühafizəkarlar, liberallar və sosialistlər bu məsələni AŞPA-nın növbəti iclasında qaldırmaq niyyətində olduqlarını bildirmişlər. ATƏT-in seçkilərlə bağlı hesabat hazırlamaq tərzi, təəssüf ki, göz qabağındadır. Məsələn, Danimarkada olduğu kimi, əldə edilmiş nailiyyətlər nəzərə alınmadan, bu tərəqqinin səviyyəsinə və əhəmiyyətinə qiymət verilmədən, ilk növbədə, seçkilərin beynəlxalq standartlara uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək vəzifəsi ortaya atılır.

SEÇKİDƏN SONRAKI ADDIMLAR

Beynəlxalq missiyaların hazırladığı birgə hesabatdan sonra hökumət ən ağrılı problemlərin həlli üçün təcili tədbirlər gördü. Elə həmin axşam Prezident İlham Əliyev televiziya ilə müraciətində bildirdi ki, əsasən yerli icra hakimiyyətlərinin yol verdikləri pozuntulara dair faktlar aşkar edilmişdir. O, fırıldaqçılıqla bağlı faktları təhqiq etməyə, lazım gələrsə, nəticələri ləğv etməyə və müvafiq vəzifəli şəxslərdən hesabat tələb etməyə söz vermişdir.

Sonra hökumət üç rayonda seçkilərin nəticələrini ləğv etmişdir. Deyilənə görə, belə qərarlar yenə də qəbul olunacaqdır ki, bu da seçki prosesinə etimadın bərpasına təsir göstərəcəkdir. Noyabrın 9-da Prezidentin Sərəncamı ilə iki rayonun icra hakimiyyətlərinin başçıları və vəzifəli şəxslər işdən azad edilmiş və onların bir neçəsi seçkilər zamanı fırıldaqçılıqda təqsirləndirilərək həbs olunmuşdur. Bu, Azərbaycan üçün dönüş nöqtəsidir. Belə ki, hökumət seçkilər zamanı fırıldaqçılığa görə cəzasızlıq vəziyyətinə son qoymuşdur.

TƏHLİL

S.Kornellin rəyinə görə, ən əhəmiyyətlisi budur ki, budəfəki seçkilər hökumət ilə müxalifət arasında adi mübarizə deyildi. Namizədlər həm hakim elitanın, həm də müxalifət bloklarının müxtəlif qruplarının mənafelərini təmsil edirdilər. Bir çox hallarda bu və ya digər hökumət nümayəndəsinin tərəfdarı olan müstəqil namizədlər hakim partiyanın rəsmi namizədlərinə qalib gəlmişlər.

Seçkilərdən əvvəl, seçki prosesində və ondan sonra Bakıya gələnlər seçkilərin beynəlxalq mətbuatın gündəmində olduğunu görməyə bilməzdilər. Bir çox jurnalistlər seçkilər haqqında səhih və dürüst məlumat verməyin ciddi tərəfdarı idi. O da açıq-aydın görünürdü ki, xarici jurnalistlərin bir qismi Bakıya “rəngli inqilabın” şahidi olmaq üçün gəlmişdilər - Tbilisidə, Kiyevdə və Bişkekdə olduğu kimi. Azərbaycan siyasətinin və cəmiyyətinin spesifik və mürəkkəb cəhətləri ilə dərindən tanış olmayanlarda belə bir təsəvvür yarandı ki, Gürcüstan, Ukrayna və Qırğızıstandakı şəraitlə Azərbaycandakı şərait eynidir, burada da eynilə qanunsuz bir hökumət və təsirli, demokratik müxalifət vardır. Elə bir təsəvvür yaranırdı kı, Əliyev və onun hökuməti bir hökumət olaraq qanunsuzdur, müxalifət isə sadəcə, müxalifət olaraq səmərəli və demokratikdir. Bununla belə, media ictimaiyyəti arasında bir çox müzakirələrlə yanaşı “inqilab haradadır?” sualı dolaşmaqda idi, tez-tez çiynində kamera olan media nümayəndələri nümayiş və mitinqlərdə inqilab közərtisi axtarır, amma ümidsiz halda iş yerlərinə qayıdırdılar. Assoşieyted Press noyabrın 10-da çap etdiyi məqalədə bu əhvali-ruhiyyəni başlığa çıxarmışdı: “Azərbaycanda etirazlar heç nəyə ümid vermir”, bunun ardınca isə deyilirdi: mitinqlər hərəkətverici qüvvəyə çevrilmədi. Bu mənada, seçkilərin mediada işıqlandırılması daha arzuolunan səviyyədə idi.

NƏTİCƏ

Azərbaycan çətinliklə də olsa, demokratiyaya yaxınlaşır, qarşıda islahatlar yoludur. Amma parlament seçkilərində xalqın səsi heç vaxt olmadığı kimi eşidilməyə başlayır. Seçkilərdən sonra hökumətin gördüyü tədbirlər göstərir ki, hökumət və xüsusən də Prezident islahatlar aparmağa hazırdır. Belə ki, Azərbaycanı yığılıb qalmış problemlərə görə tənqid etmək olar, amma nailiyyətlərə görə onu tərifləmək də olar.

Bu seçkilərin regional nəticələri olacaqdır. Ötən on il ərzində yerində sayan demokratik ləngimə və keçmiş Sovet İttifaqında avtoritar idarə üsulundan imtina prosesi 2003-cü ilin dekabrında Gürcüstanda, bir il sonra Ukraynada rejimi süpürüb atan “rəngli inqilablar”a yol açdı. Bir çox müşahidəçilərə görə, bu, korrupsiyaya uğramış hakimiyyətlərə qarşı dinc, kütləvi etirazlar yolu ilə mübarizə aparmağın yeganə yoludur.

Mart ayında Qırğızıstanda Ukrayna inqilabını təkrarlamaq cəhdi baş tutmadı və xalq arasında hörməti olmayan Prezident Əsgər Akayevin qovulması ilə nəticələndi. Lakin bu, eyni zamanda talanların yayılmasına, yeni və korrupsiyaya qurşanmış daha bir hökumətin təşkil olunmasına və ölkədəki vəziyyətin pozulmasına gətirib çıxardı. İnqilabın başlanmasından indiyədək Qırğızıstanın yeddi deputatı öldürülmüş və mütəşəkkil cinayətkarlıq siyasətə getdikcə daha çox təsir göstərməyə başlamışdır. Müşahidəçilər Ukrayna hökumətinin bu yaxınlardakı süqutunun timsalında “rəngli inqilablar”ın avtomatik dəyişikliklər edəcəyinə getdikcə daha çox şübhə ilə yanaşırlar.

Qərbin Azərbaycandakı mənafeləri artdıqca, o, daha çox risk edir. Rusiya ilə İran arasında yerləşən bu ölkə NATO ilə Əfqanıstan arasında yeganə etibarlı hava dəhlizidir. Azərbaycan Neft İxracedən Ölkələr Təşkilatının üzvü olmadan neft çıxaran əsas dövlətə çevrilir, özü də neftin qiymətinin bahalaşması və təchizat problemləri bunu daha vaxtında edir. Azərbaycan həm də Avratlantik təsisatlarına inteqrasiya etməyə çalışan çox nadir sabit, sivilizasiyalı və mötədil müsəlman ölkəsidir.

Azərbaycanda tərəqqi, istənildiyi qədər sürətli olmasa da, hər halda göstərmişdir ki, beynəlxalq demokratik normalara doğru irəliləyiş təkcə inqilabi yolla deyil, həm də təkamül yolu ilə baş tuta bilər. Konstruktiv tənqidin öz aşkar yeri var, lakin bu həqiqət göz qarşısında olanda, Qərb onu qiymətləndirməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib