Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda partiya siyasətinin fəlsəfəsi TƏHLİL

Azərbaycanda partiya siyasətinin fəlsəfəsi TƏHLİL

Bakı, 15 oktyabr, AZƏRTAC

Məqalənin adını oxuyan zaman “sanki Marks və Leninin üstü toz basmış oxunulmayan kitablarının mövzusudur” – deyib, yan keçməyin. Mövzunun praktiki əhəmiyyəti hər bir seçicinin seçkilərdə iştirak edib səs verməsi qədər önəmlidir. Müasir dünyada siyasi partiyalar ölkənin siyasi sistemini xarakterizə edən əsas institutlarından biridir. Onların mövcudluğu, fəallıq dərəcəsi və ölkə vətəndaşlarının həmin siyasi partiyalara münasibətinin məzmunu bizə bir çox maraqlı məsələlərdən xəbər verir. Bu mənada təqribən 4 il bundan öncə bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud istiqamətdə başlanmış sistemli tədbirlərə diqqət yetirməyimiz kifayət edir ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların, sözün hərfi mənasında, “reanimasiya” olunduğunu görə bilək. Görülmüş işlərin mahiyyəti həm də ona işarə edir ki, siyasi partiyaların inkişafı və sağlam siyasi münasibətlərin bərqərar olunması kimi məsələlər Prezidentin dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələridir.

Bu sözlər politoloq Asif Adilin “Azərbaycanda partiya siyasətinin fəlsəfəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Müxtəlif müasir tendensiyaların təsiri altında ictimai münasibətlərin mürəkkəbləşdiyi bir dövrdə “məsuliyyətli vətəndaş” anlayışı olduqca aktuallaşır. Məsuliyyətli vətəndaş minimal siyasi savada malik olan vətəndaşdır. Dünyada cərəyan edən fərqli məzmunlu proseslər fonunda siyasi manipulyasiyaların toruna düşməmək üçün vətəndaş baş verən bu və ya digər hadisələrə adekvat qiymət verməyi bacarmalıdır. Yalnız bu halda biz digərlərinin “kirli” oyunlarına alət olmaqdan özümüzü sığortalaya bilərik.

Bildiyiniz kimi, siyasi partiyalar müxtəlif siyasi proseslərin mərkəzində dayanan təsisatdır. Odur ki, Azərbaycanda partiya siyasətinin fəlsəfəsinin əsas konturları haqqında məlumatlı olmaq, eyni zamanda, məsuliyyətli vətəndaş olmaq deməkdir. Belə ki, ölkədə partiya sisteminin inkişafına yönəlmiş tədbirlərin mahiyyətinə diqqət yetirəndə biz partiya siyasətinin fəlsəfəsinin ilk xüsusiyyətini müəyyən edə bilərik: “siyasi partiyalar cəmiyyətin inkişafına xidmət edən təsisatdır”.

Əslində, Prezident İlham Əliyevin dörd il öncə BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında səsləndirdiyi fikirlər Azərbaycanda partiya siyasətinin qeyd olunan fəlsəfi mahiyyətini açıq şəkildə müəyyən etmişdir: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”. Göründüyü kimi dövlətimizin başçısı ölkəmizdə, o cümlədən siyasi partiyalar vasitəsilə aparılan siyasi dialoqu dayanıqlı inkişafı təmin edən strateji amil kimi müəyyən edir.

Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik. Məhz elə bu səbəbdən də siyasi həqiqətləri, aparılan islahatların mahiyyətində axtarmaq lazımdır. Mərhələli şəkildə reallaşdırılan islahatlar siyasi sistemin immunitetini artırır və dəyişən reallıqlara effektiv adaptasiyanı təmin edir. Sözügedən vəzifə isə dövlət üçün milli təhlükəsizliyin təmin olunması qədər strateji əhəmiyyət kəsb edir.

Burada prinsipial olaraq qeyd olunmalıdır ki, siyasi konfiqurasiya ilə bağlı olan bütün sistem xarakterli islahatlar gələcəyə yönəlmiş islahatlardır. Bu cür islahatların müstəsna əhəmiyyəti ondan ibarətdir ki, onlar siyasi sabitliyin qorunmasına və dayanıqlı inkişafın təmin olunmasına töhfə verməklə yanaşı, gələcəkdə yaşanıla biləcək, ehtimal olunan hər hansı müxtəlif sosial-siyasi “streslərə” qarşı sağlam müqavimətin göstərilməsi kimi strateji vəzifələrin icrası prosesini aydın şəkildə görməyə imkan verir. Bu qeyd olunanlar isə partiya siyasətinin fəlsəfəsinin növbəti xüsusiyyətini müəyyən edir: “siyasi partiyaların sağlamlığı milli təhlükəsizliyin önəmli komponentlərindən biridir”.

“Yeni siyasi konfiqurasiya ilə bağlı olan islahatlar çərçivəsində ən əlamətdar hadisələrdən biri və bəlkə də birincisi “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul olunmasıdır”, - desək, yəqin ki, yanılmarıq. Əslində, yeni Qanunun qəbul olunmasını ölkənin siyasi partiyalar tarixinin yeni inkişaf mərhələsi kimi də adlandırmaq olar. Məhz bu Qanun sayəsində siyasi partiyalar uzun illər sonra həqiqətən də önəmli siyasi vahidə çevrilmiş oldular. Təsadüfi deyil ki, VII çağırış Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Xatırladaq ki, ölkəmizdə ümumilikdə 26 siyasi partiya mövcuddur. Qeyd olunanları, habelə Milli Məclisin funksional təyinatını nəzərə alaraq çəkinmədən onu da isbat edə bilərik ki, Azərbaycanda partiya siyasətinin fəlsəfəsinin mahiyyəti, eyni zamanda, xalqın və dövlətin inkişafı naminə cəmiyyətdə olan potensialların səfərbər olunmasındadır.

Siyasi partiyalar müstəvisində müşahidə olunan tendensiyalara nəzər yetirəndə görə bilərik ki, yeni Qanun sayəsində siyasətdə “cəngavərlik” münasibətləri dövründən peşəkar və rasional münasibətlər dövrünə keçid rəsmiləşdirilib. Təsadüfi deyil ki, Qanuna qarşı çıxış etmiş olanlar məhz dəyişmək istəməyən, yenilənmə və inkişaf üçün özündə güc tapmayan və siyasətdə rasional münasibətlərdən çəkinən radikallardır. Bu həmin radikallardır ki, çirkin ritorikalarının mərkəzində cəmiyyətdə ideoloji ixtilafın yaradılması kimi xain məqsədlər dayanır.

Təqribən ötən dörd il ərzində siyasi münasibətlərin iştirakçıları arasında dialoqla bağlı lazımi vərdiş və səriştəliklərin inkişaf etdirilməsi üçün böyük addımlar atılmışdır. Deyə bilərik ki, məhz görülmüş işlər nəticəsində ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi. Açıq dialoq mühiti fərqli ideologiya və yanaşma sahibi olan siyasətçilərə bir-birlərinə hörmətlə qarşılıqlı eşidib-eşidilmək imkanını qazandırmışdır. Odur ki, ali siyasi iradənin nəticəsində atılan təşəbbüslər sayəsində siyasi dialoq Azərbaycanda ümumictimai prosesə çevrilmişdir. Bu məqamda partiya siyasətin fəlsəfəsinin növbəti mahiyyəti üzə çıxmış olur: partiyalar dayanıqlı inkişaf naminə cəmiyyətin inteqrasiyasını təmin edən işlək mexanizmdir. Siyasi partiyalar dövlət və cəmiyyətin inkişafı naminə fərqli baxış və yanaşma sahibləri olan insanların bacarıq və potensiallarının səfərbər olunmasına xidmət edirlər. Sağlam siyasi partiyalar mütləq olaraq cəmiyyətin mobilliyini təmin edən əsas siyasi alət kimi çıxış etməlidirlər. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan islahatların fəlsəfəsi də məhz qeyd olunan strateji hədəfə xidmət edir.

Siyasi dialoq mühitinin aktiv şəkildə təşviq olunan dövrünün daha bir önəmli xüsusiyyəti mövcuddur. Siyasi simpatiyalardan asılı olmayaraq obyektivlik naminə etiraf etməliyik ki, siyasi dialoq mühiti bir sıra siyasi partiyaları cəmiyyətə tanıtdırdı. Demokratik məzmunlu bütün siyasi paradiqmalar siyasi dialoqu özündə ehtiva etməlidir. Burada biz partiya siyasətinin fəlsəfəsinin digər önəmli mahiyyətini görürük: partiyalar fikir müxtəlifliyi və siyasi plüralizmi siyasətdə təmin edən institusional mexanizmdir.

Beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinin hökm sürdüyü bir dövrdə siyasi peşəkarlıq amili xüsusi olaraq aktuallaşır. Məhz peşəkar və müvafiq potensiala malik olan partiyalar ölkəmizin maraqlarını və artan beynəlxalq nüfuzunu aidiyyəti qlobal təşkilatlar müstəvisində müdafiə edə biləcək. Mövcud kontekstdə Prezident İlham Əliyevin bu sözləri əlamətdar xarakter daşıyır: “Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir”. (2020-ci ilin yekunlarına həsr olunan müşavirə). Buradan aydın olur ki, peşəkarlıq amili Azərbaycanda partiya siyasətinin fəlsəfəsinin mahiyyətini müəyyən edən prinsipial meyardır.

Kontekstin inkişafında Prezident İlham Əliyevin daha bir önəmli fikrinə diqqət yetirək: “Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq...” (2020-ci ilin yekunlarına həsr olunan müşavirə). Dövlətimizin başçısının bu cür mövqeyini, habelə mövcud istiqamətdə görülmüş işlərin mahiyyətini nəzərə alaraq, xüsusilə vurğulaya bilərik ki, dialoq mühiti qarşıdurma yaratmaq üçün süni bəhanələrin sayını əsaslı şəkildə azaldır. Siyasətdə dialoq mühiti “düşmənçilik” paradiqmasını “opponentlik” paradiqması ilə əvəzləyir. Odur ki, partiya siyasətinin fəlsəfəsi, eyni zamanda, siyasətdə düşmənçilik münasibətlərindən sağlam rəqabət münasibətləri müstəvisinə keçidin təmin olunmasındadır.

Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs etiraf edə bilər ki, siyasi partiyalara dövlət dəstəyinin göstərilməsi, eyni zamanda, demokratik müxalifətçilik institutunun inkişafına göstərilmiş dəstək deməkdir. “Müxalifətçilik institutu” da öz növbəsində siyasi sistemin ayrılmaz parçasıdır və məhz bu səbəbdən də Prezident İlham Əliyev ölkədə siyasi münasibətlərin sağlamlaşdırılması məsələsinə prinsipial diqqət ayırır. Əlbəttə ki, peşəkar, demokratik və sağlam müxalifətçiliyə aparan yol məhz ölkənin siyasi partiyalar sisteminin müasirləşdirilməsi, habelə onların işlək vəziyyətə gətirilməsindən keçir. Sağlam siyasi partiyalar ölkənin kadr potensialının formalaşdırılmasında əsas rollardan birini oynamalıdırlar. Burada biz artıq partiya siyasətinin fəlsəfəsinin digər mahiyyətini görə bilirik: dövlət siyasətində alternativ fikir və yanaşmaların müəyyən olunması, habelə siyasi elitanın formalaşdırılması.

Beləliklə, Azərbaycanda aparılan partiya siyasətinin fəlsəfəsinin ümumiləşmiş yekun təhlili kifayət edir ki, biz siyasi partiyaların növbəti demokratik təyinatlarını görə bilək: cəmiyyətin inkişafına xidmət, milli təhlükəsizliyin təmin olunmasında iştirak, xalqın intellektual potensialının səfərbər olunması, cəmiyyətin inteqrasiyası, siyasətdə plüralizm prinsipinin təminatı, siyasi proseslərdə peşəkar münasibətlərin bərqərar olunması, siyasətdə sağlam rəqabət mühitinin təminatı və dövlət idarəetməsində alternativ yanaşmaların tətbiqinə nail olmaq. Qeyd edilənlərlə bağlı məlumatlı olmaq kifayətdir ki, biz siyasi partiyalarla bağlı obyektiv həqiqətləri qərəzli manipulyasiyalardan ayırd edə bilək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib