Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda startap ekosisteminin inkişafına beynəlxalq ekspertin baxışı

Azərbaycanda startap ekosisteminin inkişafına beynəlxalq ekspertin baxışı

Bakı, 4 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan Avropa və Asiya arasında elə bir strateji mövqeyə malikdir ki, innovasiyalar sahəsində Şərqlə Qərb arasında “körpü” olmağa imkan yaradır. Ölkə yerli startapları qlobal texnoloji zəncirlərə inteqrasiya etməklə dayanıqlı innovasiya ekosistemi formalaşdırmağa çalışır. Bu prosesdə dövlət, biznes və beynəlxalq ekspertlər birgə şəkildə infrastruktur qurur və investisiyalar cəlb edirlər.

AZƏRTAC-ın suallarını dövlət strukturları və korporasiyalar üçün tərəfdaşlıq, texnologiya, innovasiya və ekosistem inkişafı üzrə ekspert Alfredo Qomes Soriya cavablandırır.

– Beynəlxalq təcrübənizə əsaslanaraq, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə dayanıqlı və effektiv innovasiya ekosistemi qurmaq üçün hansı əsas komponentlər tələb olunur?

– Dünyanın 60-dan çox ölkəsində, o cümlədən Özbəkistan, Misir, Kamboca və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda fəaliyyət təcrübəmizə əsaslanaraq demək olar ki, Azərbaycanda dayanıqlı innovasiya ekosisteminin qurulması bir neçə əsas komponentə söykənir.

Birincisi, dövlət və özəl sektor arasında güclü tərəfdaşlığın yaradılması zəruridir. Bu zaman hökumət təşəbbüsü həm ali səviyyədə strateji dəstək təqdim etməklə, həm də əlverişli normativ mühit təmin etməklə aktiv şəkildə dəstəkləməlidir.

İkincisi, beynəlxalq inteqrasiya böyük əhəmiyyət daşıyır: biz daim qlobal ekspertləri və kapital cəlb edirik, eyni zamanda yerli startaplara qlobal bazarlara birbaşa çıxış veririk. Həmçinin bu sahə üzrə hədəfli ixtisaslaşma da tələb olunur, bu zaman proqram yerli rəqabət üstünlüyü olan və ya aktual ehtiyac duyulan sahələrə, məsələn “FinTech” və ya “EnergyTech” istiqamətlərinə fokuslanmalıdır ki, bu da korporativ sektorun iştirakını və proqramın əhəmiyyətini artırır.

Bundan başqa, inkubasiya və akselerasiya proqramları ilə məhdudlaşmayan, istedadların davamlı şəkildə hazırlanmasını və risk etməyə təşviq edən dinamik mədəniyyətin yaradılmasını təmin edən kompleks dəstək infrastrukturu formalaşdırılmalıdır. Bu mədəniyyətə butkemplər, hakatonlar, startap müsabiqələri, investor otaqları və digər fəaliyyətlər daxildir.

Və nəhayət, güclü maliyyə mühiti qurulmalıdır. Burada yerli “mələk” və vençur investor şəbəkələrinin fəal şəkildə maarifləndirilməsi və prosesə cəlb edilməsi startapların miqyaslanma və uzunmüddətli inkişaf üçün tələb olunan davamlı maliyyələşməyə çıxışını təmin edir.

– Dövlət institutları innovasiyaları stimullaşdırmaqda hansı rolu oynamalıdır? Dəstək ilə həddən artıq tənzimləmə arasındakı sərhəd haradan keçir?

– Müxtəlif ölkələrdə dövlət tərəfdaşları ilə iş təcrübəmiz göstərir ki, dövlətin rolu gündəlik operator olmaq deyil, strateji “katalizator” kimi çıxış etməkdir. Konkret desək, hökumət əvvəlcə innovasiyaları prioritet kimi təsbit edən rəsmi mandat verməli və güclü, məqsədyönlü yerli lider təyin etməlidir. Litvadakı “Startup Lithuania” buna yaxşı nümunədir. Əsas məqam dövlətin gücündən maneələrin aradan qaldırılması üçün istifadə edilməsidir, yəni cəlbedici vergi güzəştlərinin verilməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi üçün tənzimlənən “sandbox” mühitlərinin yaradılması, beynəlxalq istedad və investorlar üçün viza prosedurlarının sadələşdirilməsi buna daxildir.

Bəs sərhəd haradadır? Hesab edirik ki, dövlət innovasiya dəstəyi proqramlarının idarə olunması kimi operativ vəzifələri “Plug and Play” kimi ekspertlərə həvalə etməlidir. Dövlət isə ekosistemin əsas infrastrukturunun yaradılması, maliyyələşdirilməsi və yerli startaplar üçün ilk mühüm müştəri qismində çıxış etməklə rolunu oynayır. Eyni zamanda, həddən artıq bürokratiyaya və sərt investisiya nəzarətinə yol verilməməlidir. Çünki bunlar real innovasiya üçün tələb olunan çevikliyi və risk götürmə hazırlığını boğa bilər.

– Cənubi Qafqaz ölkələri startap və texnoloji həllərini qlobal innovasiya zəncirlərinə inteqrasiya etmək üçün hansı addımlar ata bilər?

– Ermənistan, Azərbaycan və Gürcüstan kimi ölkələrin texnoloji startaplarını qlobal innovasiya zəncirlərinə tam şəkildə inteqrasiya etmək üçün əsas addım birgə hərəkət etmək və vahid “Caucasus Tech Hub” yaratmaqdır. Bu, regional koordinasiyanı tələb edir. Belə ki, texnoloji mütəxəssislər üçün viza prosedurlarının sadələşdirilməsi, intellektual mülkiyyətin mühafizəsi üzrə birgə standartların müəyyənləşdirilməsi kimi ümumi qaydaların uyğunlaşdırılması regionu xarici investorlar üçün daha cəlbedici edəcək. Bununla yanaşı, güclü ixracyönümlü fokus vacibdir, yəni şirkətlər xüsusilə də süni intellekt kimi sahələrdə lokal IT xidmətlərindən qlobal bazara çıxarıla bilən texnoloji məhsullar yaratmağa təşviq edilməlidirlər. Həmçinin “yumşaq” maneələr, yəni “soft infrastructure” aradan qaldırılmalıdır. Beynəlxalq bankçılıq və investisiya prosedurları startaplar üçün maksimum əlçatan edilməlidir. Bu, qlobal diasporun kapital və ekspertizasının ekosistemə sərbəst şəkildə geri axmasına şərait yaradacaq.

– Siz dövlət və korporasiyalar arasında əməkdaşlığı fəal təşviq edirsiniz. Startap və texnoloji klasterlərin dəstəklənməsində hansı dövlət-özəl tərəfdaşlıq (DÖT) modelləri effektivliyini sübut edib? Bu modelləri Azərbaycanda tətbiq etmək mümkündürmü?

– Dünyanın 60-dan çox qlobal məkanında əldə etdiyimiz təcrübəyə görə, texnoloji klasterlər üçün ən effektiv DÖT modeli “Open Innovation Ecosystem Hub” (“Açıq İnnovasiyalar Habu”) adlanır. Bu model Azərbaycanda da asanlıqla tətbiq oluna bilər, çünki iştirakçıların rollarını aydın şəkildə müəyyən edir, dövlət strateji “lövbər” qismində çıxış edir, legitimlik, ilkin maliyyə və stabil tənzimləyici mühit təmin edir. Startapların seçimi və akselerasiyası, qlobal vençur investorların cəlbi və s. kimi əməliyyatlar isə tam şəkildə “Plug and Play” kimi özəl ekspertlərə həvalə olunur. Hibrid model yerli biznesi də rəsmi müştəri kimi prosesə cəlb edir: istər dövlət iştiraklı, istərsə də özəl böyük şirkətlər startaplarla pilot layihələr həyata keçirir. Nyu-Cersidəki Hoboken qovşağımız buna nümunədir. Biz “New Jersey Economic Development Authority”, “Steven’s Institute of Technology” və “Prudential” ilə əməkdaşlıq etmişik. Azərbaycanda oxşar bir DÖT modeli SOCAR və ya “Veysəloğlu” kimi şirkətləri cəlb etməklə qurula bilər.

– Azərbaycan Avropa və Asiya arasında öz strateji mövqeyindən istifadə edərək Şərq və Qərb innovasiya ekosistemləri arasında “körpü”yə necə çevrilə bilər?

– Azərbaycan əsl innovasiya “körpüsü”nə çevrilmək üçün ideal mövqedədir. Biz bu prosesdə iştirak etdiyimizə və ölkənin coğrafi mövqeyinin güclü rəqabət üstünlüyünə çevrilməsinə dəstək verdiyimizə görə məmnunuq. Ölkənin energetika və tranzit sahələrdəki ənənəvi rolu dəyişdirilməli və diversifikasiya edilməli, Azərbaycan rəqəmsal və insan kapitalına əsaslanan bir dəhlizə çevrilməlidir.

Bu yanaşma iki istiqaməti nəzərdə tutur:

• “Rəqəmsal İpək Yolu” kimi iri layihələrin tam başa çatdırılması və effektiv istifadəsi; bu, Bakını Avropa və Asiya arasında ən sürətli və etibarlı data-haba çevirəcək.

• Ölkənin sabitliyindən istifadə edərək neytral və qonaqpərvər bir mühitin yaradılması; buraya sadələşdirilmiş viza prosedurları və “GreenTech”, “EnergyTech” kimi ixtisaslaşmış klasterlər daxildir. Bu klasterlər birbaşa Qərb korporasiyaları ilə Mərkəzi Asiya startaplarının birgə layihələrini cəlb edəcək, yerləşdirəcək və dəstəkləyəcək.

Məlumat axını, yaşıl texnologiyalar və insan kapitalına fokuslanmaqla Azərbaycan Avrasiya innovasiyaları üçün əvəzolunmaz “qapı”ya çevrilə bilər.

– İnkişaf etməkdə olan ölkələr (məsələn, Latın Amerikası və Qafqaz) arasında innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlıq potensialı görürsünüzmü?

– Sözsüz ki, Qafqaz və Latın Amerikası kimi inkişaf etməkdə olan regionlar arasında innovasiya sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Biz bunu öz təcrübəmizdən görürük, çünki “Plug and Play” qlobal fəaliyyət göstərir və Braziliya kimi ölkələrdə “FinTech”, “AgriTech” və digər sahələr üzrə güclü proqramlar həyata keçirir. Hər iki region əsasən inkişaf etməkdə olan bazarlardan ibarətdir və oxşar çağırışlarla üzləşir. Bura xarici kapital cəlb etmək və artan əhali üçün dövlət xidmətlərini sürətlə rəqəmsallaşdırmaq zərurəti daxildir. Onlar inkişaf etmiş ölkələrin buraxdığı səhvlərdən yayınaraq kontekstə uyğun və daha əlçatan həlləri bir-biri ilə paylaşa bilərlər. Əsas element regionlararası “soft landing” proqramlarının təşkili və praktiki məsələlərə yönəlmiş, bərabər tərəfdaşlıq əsasında təcrübə mübadiləsi üçün platformaların yaradılmasıdır. Bu platformalar hər iki regionun güclü olduğu sahələrə, məsələn, “AgriTech” və ya “EdTech”ə fokuslanmalıdır. Belə yanaşma birgə rəqəmsal inkişaf prosesini sürətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb