Azərbaycanı Türingiya Kubokunda 16 cüdoçu təmsil edəcək
Bakı, 18 mart, AZƏRTAC
Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku keçiriləcək.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, 32-ci dəfə baş tutacaq ənənəvi beynəlxalq yarışda 8 çəki dərəsində Azərbaycanın 16 yeniyetmə qız cüdoçusu mübarizə aparacaq.
U-18 yaş kateqoriyasında Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kiloqram), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hamısı 44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Tövsiyyə Babayeva (52 kiloqram), Gülnaz Məmmədtağıyeva, Səma Vəlizadə, Yağmur Əhmədzadə (hamısı 57 kiloqram), Nəzakət Vəliyeva, Türkan Məmmədli, Zilan Hüseynli (63 kiloqram), Rəna Əhmədova, Məsumə Məmmədli (hər ikisi 73 kiloqram), Zemfira Əliyeva (+70 kiloqram) qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]