AZƏRBAYCANIN AĞIR ATLETİKA ÜZRƏ YIĞMA KOMANDASI DÜNYA ÇEMPİONATINA HAZIRLAŞIR
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, ağır atletika üzrə yığma komandamız sentyabrın 15-dən 24-dək Tailandda keçiriləcək dünya çempionatında iştirak edəcədir.
Baş məşqçi Vahid Nəzərovun rəhbərliyi ilə ölkəmizi dünya çempionatında Zülfüqar Süleymanov, Sərdar Həsənov (hər ikisi 62 kq), Əfqan Bayramov, Turan Mirzəyev (hər ikisi 69 kq), Natiq Cəmilov, Asif Məmmədov (hər ikisi 77 kq), İntiqam Zairov (85 kq) və Əlibəy Səmədov (94 kq) təmsil edəcəklər.
Bu, dünya çempionatına qatılacaq Azərbaycan idmançılarının tam siyahısı deyildir.
Yarışların qalibləri 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq hüququ əldə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]