Azərbaycanın Avstriyadakı diaspor təşkilatları imkansız ailələrə yardım ediblər
Vyana, 16 dekabr, AZƏRTAC
Azərbaycanın Avstriyada fəaliyyət göstərən diaspor təşkilatları ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə və Vətən müharibəsində şəhid olan Azərbaycan oğullarının xatirəsinə hörmət əlaməti olaraq imkansız ailələrə yardım edib, ehsan paylayıblar.
AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Zaltsburq şəhərində və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi Vyana şəhərində yüzə yaxın ailəyə baş çəkərək onlara yardımlar ediblər.
Yardımları minnətdarlıqla qəbul edən ailələrlə söhbət zamanı onlara Azərbaycan haqqında, xüsusilə də son aylarda baş verən hadisələr barədə məlumat verilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəman oğulların xatirəsi yad edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana