Azərbaycanın daha 5 güləşçisi dünya çempionatında mübarizəyə başlayır
Bakı, 22 oktyabr, AZƏRTAC
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə 1/8 finalda Rəşad Məmmədov (55 kiloqram) Denis Sullivan (ABŞ) / Dieymer Xose Reyes (Venesuella) cütünün qalibi, Ziya Babaşov (63 kiloqram) Mairbek Salimov (Polşa) / Conatan Qurule (ABŞ) qarşılaşmasının güclüsü, Sərxan Məmmədov (130 kiloqram) Pavel Hlinçuku (AIN) sınağa çəkəcək.
Xasay Həsənli (77 kiloqram) və Cocu Səmədov (87 kiloqram) isə yarışa təsnifat mərhələsindən başlayacaqlar. Onlar müvafiq olaraq, ermənistanlı Martik Petrosyan və polşalı Adam Mateus Qardziola ilə üz-üzə gələcəklər.
Bu gün, həmçinin yunan-Roma güləşi üzrə yığmanın 2 üzvü - Nihat Quluzadə (60 kiloqram) və Elmin Əliyev (82 kiloqram) bürünc medal görüşünə çıxacaqlar. Onların rəqibləri hələ dəqiqləşməyib. Fərid Xəlilov (67 kiloqram) isə təsəlliverici qarşılaşmada albaniyalı Daniel Dayani ilə güləşəcək.
Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 27-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]