Azərbaycanın daha bir badmintonçusu Bakıdakı turnirin 1/4 finalına yüksəlib
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Badmintonçusu Keişa Fatimə Zəhra "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, o, 1/8 finalda hindistanlı Ora Şarmaya 2:0 (21-14,21-16) qalib gələrək ən güclü səkkizliyə yüksəlməklə yanaşı hesabına 2200 reytinq xalı yazdırıb.
Keişa yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Yaponiya badmintonçusu Nanami Someyanı mübarizədən kənarlaşdıran digər Hindistan təmsilçisi Anupama Upadhyaya ilə qarşılaşacaq.