Azərbaycanın daha bir gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycanın idman gimnastı Murad Ağarzayev Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, o, dayaqlı tullanma üzrə hərəkətlərin icrasında 12.966 xal toplayaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Daha əvvəl Azərbaycan gimnastlarından Dəniz Əliyeva (dayaqlı tullanma) və Nikita Simonov (halqalar) da adlarını finala yazdırıblar. Bu raundun yarışları martın 8-9-da təşkil olunacaq.