AZƏRBAYCANIN DAHA ÜÇ GÜLƏŞÇİSİ PEKİN OLİMPİADASINA LİSENZİYA QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın daha üç sərbəst güləşçisi İsveçrədə keçirilən beynəlxalq turnirdə Pekin Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmışdır.
Aprelin 19-da döşək üzərinə çıxan Zəlimxan Hüseynov (60 kq), Novruz Temrezov (84 kq) və Hetaq Qazümov (96 kq) parlaq çıxışları ilə yadda qalmışlar.
Z.Hüseynov ardıcıl olaraq Gürcüstan idmançısı Malxaz Kurdiani, Belarus təmsilçisi Maqomedkamil Maqomedov, Cənubi Koreya güləşçisi San Mak Pak və tacikistanlı Vitali Koryakin üzərində qələbə qazanaraq finala çıxmışdır.
Eyni uğuru Azərbaycan güləşçisi Novruz Temrezov da təkrarlamışdır. Ardıcıl olaraq Cənubi Koreya, Macarıstan, Kuba və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlmişdir.
Hetaq Qazümov isə yarımfinalda Ermənistan güləşçisini məğlub edərək ən azı gümüş medalla yanaşı, Pekin Olimpiadasına vəsiqəni də təmin etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]