“Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi" kitabının təqdimatı olub
Moskva, 21 dekabr, AZƏRTAC
Moskvada “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin M.V.Frunze adına Mərkəzi Evində Moskvanın Oçakovo-Matvey rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunan tədbirdə Rusiya paytaxtının Müharibə Veteranları Komitəsinin üzvləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbəyə Azərbaycanın töhfəsindən, Bakı neftinin bu qələbədə həlledici rolundan ətraflı söhbət açılıb.
Milli-Muxtariyyətin sədri Əli Kazımov “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi" kitabını Rusiya ordusunun Mərkəzi Evinə hədiyyə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva