Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ülvi Hüseynzadə

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ  Ülvi Hüseynzadə

Bakı, 9 mart, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz – Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin tar ixtisası üzrə 11-ci sinif şagirdi, beynəlxalq və respublika müsabiqələrinin laureatı və iştirakçısı Ülvi Hüseynzadədir.

Ülvi Rəşid Behbudov adına musiqi məktəbində birinci sinifdən təhsil alır. Onun valideynləri - Azərbaycanın Əməkdar artisti, aktyor Şövqi Hüseynov və aktrisa Şəbnəm Hüseynovanın sözlərinə görə, janrından asılı olmayaraq, Ülvinin musiqiyə həmişə xüsusi münasibəti olub.

Tar ifaçısı deyir ki, musiqini seçməkdə daha çox ailəsindən və valideynlərinin ustadı, böyük sənətkar, Azərbaycanın Xalq artisti Cənnət xanım Səlimovadan dəstək alıb.

Ülvi xatırlayır: “Cənnət xanım mənə tar bağışlayıb. O vaxt yeddi yaşım vardı. Sonra onun təklifi və məsləhəti ilə musiqi məktəbinə gəlmişəm”.

Gənc oğlan bu illər ərzində istər onlayn, istərsə də canlı müsabiqələrdə iştirak edib. O, xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində fəxri fərmanla təltif olunub, həmçinin ötən il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş IV Respublika müsabiqəsində ikinci yeri tutub.

Ülvi hesab edir ki, “müsabiqələr, təbii ki, lazımdır və bu, çox vacib məsələdir. Bu gün gənc və istedadlı musiqiçiləri tanıtmaq, üzə çıxarmaq üçün bu, əlimizdəki ən vacib vasitələrdən biridir. Sən öz potensialını kəşf edirsən, eyni zamanda, öz biliyini artırırsan və bacarığını təkmilləşdirirsən. Müsabiqədə münsiflər heyətində əyləşən özünü təsdiq etmiş sənətkarların qarşısında özünü sınayırsan, onlarla ünsiyyət qurmaq imkanın yaranır, sağlam rəqabət aparılır”.

Gənc musiqiçi qeyd edir ki, müsabiqələr ərəfəsində müxtəlif məktəblərdə oxuyan bir çox ifaçılarla tanış olub. Tarzənin sözlərinə görə, digər ifaçılarla, musiqiçilərlə yaradıcı münasibətin mövcud olması çox xoşdur.

Ülvinin dediyinə görə, adətən çıxışdan əvvəl həyəcan keçirmir: “Əvvəllər, təbii ki, hələ erkən dövrdə həyəcan daha çox böyük məsuliyyətdən irəli gəlirdi. İndi, təbii ki, həyəcan yoxdur, çünki sən artıq səhnəyə daha əmin çıxırsan, nə edəcəyini dəqiq bilirsən və sənin üçün prioritet olan cəhət özünü göstərmək, bacarığını, düşüncələrini təqdim etməkdir. Ona görə də həyəcan sonuncu planda qalır”.

İstedadlı tar ifaçısı təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə davam etdirməyi düşünür.

“Özümü bəstəkar kimi görürəm, - deyə Ülvi bölüşür. - Təbii ki, bu, hələ xəyaldır. Arzum Azərbaycan peşəkar musiqisinin tarixində əhəmiyyətli bir inqilaba səbəb olmaqdır. Bizim buna artıq xeyli illərdir, müstəqillik əldə etdiyimiz dövrdən ehtiyacımız var. Bunun sayəsində də bəstələnən yeni əsərlər Üzeyir bəyin təməlini qoyduğu peşəkar musiqi mədəniyyətimizə töhfə olmalı və təbii ki, keyfiyyətli nümunələri dünyaya göstərməli, Vətənimizi layiqincə təmsil etməlidir”.

Tarzən bəstəkarlıq istiqamətini inkişaf etdirmək məqsədi ilə hazırda daha çox dünya bəstəkarlarının və təbii ki, Azərbaycan bəstəkarlarının əsərlərini dinlədiyini qeyd edir.

“Əgər sən bəstəkar olmaq istəyirsənsə, peşəkar təhsil alırsansa, kompleks şəklində və yüksək səviyyədə məlumatlı olmaq lazımdır”.

Musiqi məktəbində ixtisas müəllimi Zəfər Əhmədli haqqında danışan Ülvi xüsusi olaraq vurğulayır ki, pedaqoqu onun savadlı ifaçı kimi yetişməsinə böyük töhfə verib.

“Zəfər müəllim ilə artıq iki ildir tədris prosesimizi davam etdiririk. Onun mənim müəllimim olduğu dövrdən əvvəl də qərara gəlmişdim ki, karyeramı tar ifaçısı kimi davam etdirməyəcəm. Lakin onun sənətimizə və pedaqoqikaya doğru münasibəti mənim ifaçı kimi çox böyük inkişafıma səbəb oldu və biz bir neçə ay məşğul olandan sonra artıq mən respublika müsabiqəsinin ikincisi idim. Məncə, bu, artıq müəllim haqqında hər şeyi deyir. Bu, çox böyük göstəricidir”.

Ülvinin müəllimi, Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin tar müəllimi Zəfər Əhmədli də söhbətdə iştirak edir: “Mən bu məktəbə 2022-ci ildə gəlmişəm, Üvli o vaxt 9-cu sinifdə oxuyurdu. Onun müəllimi təqaüdə çıxmışdı. Mən gələndə, artıq onun böyük potensialı var idi. O, çox qabiliyyətli və istedadlı şagird idi”.

Zəfər müəllim Ülvinin bundan sonra daha da həvəsləndiyini, tara çox bağlandığını vurğulayaraq, şagirdinin nailiyyətləri və uğurları barədə fəxrlə bəhs edir.

“Çoxsaylı konsertlərimiz oldu: həm Rəşid Behbudov adına musiqi məktəbində, həm Rəşid Behbudov adına Mahnı Teatrında çıxış etmişik, - deyə müəllim sadalayır. - Hazırda onun solo-konsertinə hazırlaşırıq. Musiqi duyumu çox yaxşıdır. Onun bəstəkarlıqda da çox nialiyyətləri var. Belə məsləhət oldu ki, o, bəstəkarlığa davam etsin. Bu il məktəbdə sonuncu ilidir. Qismət olsa, Ülvinin solo-konsertini verib, onu Musiqi Akademiyasına yola salacağıq”.

Müəllimin fikrincə, müsabiqələr sagirdlərin inkisafında və tanınmasında mühüm rol oynayır. Musiqi təhsili isə gənc nəslin dünyagörüşünə təsir göstərir: “Musiqi təhsili mənə görə çox önəmlidir. İstedadlı şagirdlərlə düzgün məşğul olduqda yaxşı nailiyyətlər əldə etmək mümkündür”.

Zəfər müəllim Azərbaycan musiqisini bizim milli dəyərimiz adlandırır və hesab edir ki, onu mütləq inkişaf etdirmək və beynəlxalq aləmdə tanıtmaq lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib